Azərbaycan Respublikasının Auditorlar Palatasının nümayəndə heyəti Avrasiya regionu üzrə peşəkar audit və mühasibatlıq qurumlarının beynəlxalq videokonfransındaiştirak etmişdir

2020-ci il 19 iyun tarixində Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası tərəfindən Avrasiya regionunun peşəkar mühasibat və auditorlar təşkilatları rəhbərlərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Palata sədrinin müşaviri Fəqan Qarayev iştirak etmişlər. 

Videokonfrans keçirilməsində əsas məqsəd auditə ictimai etimadın yüksəldilməsi, kölgə iqtisadiyyatı ilə mübarizədə müstəqil auditin rolunun artırılması, auditorların işinin səmərəliliyinin yüksəldilməsi, audit xidmətlərinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə Avrasiya regionunda işçiqruplarının yaradılması olmuşdur.

Konfransı giriş sözü ilə açan Rusiya Federasiyasının Özünütənzimləyən auditorlar təşkilatı olan “Sodrujestvo”Assosiasiyasının (SRO AAS) baş direktoru Olqa Nosova Aleksandrovna Avrasiya bölgəsində auditin inkişafında böyük xidmətləri olacaq peşəkar işçi qruplarınınyaradılmasının əhəmiyyətindən danışıb.

Daha sonra Auditorlar Palatası sədri, professor Vahid Novruzovun “Peşəkar auditor təşkilatlarının cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulmasına qarşı mübarizədə birgə səylərinin əlaqələndirilməsi" mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılannışdır. Çıxışı zamanı o, Kölgə İqtisadiyyatı ilə mübarizə və cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə aparan daxili auditorların, mütəxəssislərin hazırlanması üçün yüksək keyfiyyətli proqramlarınyoxluğundan və mühasibat və auditorların əsas vəzifələrini, funksiyalarını və məsuliyyətlərini müəyyənləşdirən müvafiq tənzimləyici və metodiki materialların, çirkli pulların yuyulmasına qarşı mübarizə standartlarının hazırlanması, bu sahədə zəruri nəzəri və praktik bacarıqlara malik lazımlı kadrların hazırlanmasının vacibliyindən danışmışdır.

Daha sonra SRO AAS Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Kuxar Daria Alexandrovna və Latviya Mühasiblər Assosiasiyasının prezidenti Ponomarev Andrey Valerieviç də mövzu ətrafında çıxışlar etmişlər. 

Videokonfrans zamanı beynəlxalq audit standartları, Avrasiya regionunda milli audit və korporativ hesabat sistemlərinin inkişafı, kölgə iqtisadiyyatı ilə mübarizədə müstəqil auditin rolunun artırılması üçün təlimatların hazırlanması, mütəxəssislərin və auditorların keyfiyyətə kənar nəzarət prosesində iştirak edən digər şəxslərin təlim və ixtisasartırma sisteminin təşkili məsələləri, audit xidmətlərinin keyfiyyətinə nəzarətin idarə olunması üçün yeni standartların tətbiqi sahəsində birgə səylərin əlaqələndirilməsi kimi məsələlər ətrafında geniş müzakirələr aparılmışdır. 

Beynəlxalq konfransda onlayn formada belə müzakirələrin daha tez-tez aparılması zərurəti, mövcud problemlərin həlli üçün təkliflər hazırlamaq məqsədilə müvafiq regional qrupların yaradılması və birgə fəaliyyətin əhəmiyyəti konfrans iştirakçıları tərəfindən dəstəklənmişdir.

Qalareya