MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatasının növbədənkənar iclasında

2011-04-22

Azərbaycan Respublikasının Auditorlar Palatasının növbədənkənar iclasında

    Ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” 1994-cü il 16 sentyabr tarixli 882 nömrəli Azərbaycan Respublikası Qanununa görə, ölkə ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafının təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində “Auditor xidməti haqqında” Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir. “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmişdir. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır. Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.

• sərbəst auditor, auditor təşkilatı, sərbəst xarici auditor və xarici auditor təşkilatının filialı və (və ya) nümayəndəliyinin maliyyə-təsərrüfat fəaliyyətinin «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğunu yoxlayır və işinə nəzarət edir;

• təkrar audit həyata keçirir;

• dövlət müəssisələrinin özəlləşdirilməsi və ya başqa məqsədlərlə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsinin düzgünlüyünə auditor rəyləri verir. Palatanın aşağıdakı səlahiyyətləri vardır:

• sərbəst auditorların və auditor təşkilatlarının apardıqları auditin keyfiyyətini yoxlamaq və auditin aparılmasında qanun pozuntusuna yol verildikdə auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı geri almaq;

• sərbəst auditorlardan və auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq;

• öz səlahiyyətləri daxilində sərbəst auditorlara və auditor təşkilatlarına icrası məcburi olan təlimatlar və metodik göstərişlər vermək;

• sərbəst auditorlar və auditor təşkilatları ilə onların sifarişçiləri arasında baş verən müxtəlif xarakterli mübahisələrə baxmaq;

• auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək;

• təcrübə mübadiləsi və mütəxəssislər hazırlanması məqsədilə auditor fəaliyyəti ilə məşğul olan beynəlxalq təşkilatlarla işgüzar əlaqələr yaratmaq və xarici ölkələrdə audit məsələləri üzrə Azərbaycan Respublikasının mənafeyini təmsil etmək;

• auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək;

• auditor təşkilatları təsis etmək;

• Palatanın səlahiyyətinə aid olan auditor xidmətinə dair başqa məsələləri həll etmək. 1996-cı il aprel ayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Auditorlar Palatası sədrinin təyin edilməsi ilə Palata faktiki olaraq fəaliyyətə başlamışdır.

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur