MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor Əhmədov Hafiz Məhəmməd oğlu fəxri auditor “döş nişanı” ilə təltif olunmuşdur

2013-01-24

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor Əhmədov Hafiz Məhəmməd oğlu fəxri auditor “döş nişanı” ilə təltif olunmuşdur



Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor Əhmədov Hafiz Məhəmməd oğlu fəxri auditor “döş nişanı” ilə təltif olunmuşdur

 

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor Əhmədov Hafiz Məhəmməd oğlu əmək fəaliyyətinə1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu  bitirdikdən sonra ali təhsilli iqtisadçı kimi başlamış, 1976-cı ildən Gəncə şəhərində xalq təsərrüfatının müxtəlif sahələrində iqtisadçı, mühasib və baş mühasib vəzifələrində çalışmışdır.

Onun əmək fəaliyyətinin sonrakı illəri ölkədə audit sisteminin təşəkkülü və inkişafı ilə bağlı olmuşdur. O, 1997-ci ildə Azərbaycan Respublikasının Auditorlar Palatasından lisenziya alaraq, Gəncə şəhər auditor təşkilatında auditor, 2000-ci ildən etibarən isə sərbəst auditor kimi bu günədək səmərəli fəaliyyət göstərir.

Ötən illər ərzində H.Əhmədov bütün bilik və bacarığını bölgədə milli audit sisteminin təşəkkülü və inkişafı işinə səfərbər etmiş, peşə borcunu daim yüksək səviyyədə yerinə yetirməklə, həm Palatanın əməkdaşları və üzvləri arasında, həm də auditini apardığı təsərrüfat subyektlərində böyük hörmət və nüfuz qazanmışdır. Onun bu xidmətlərini nəzərə alaraq, Auditorlar Palatasında 24 yanvar 2013-cü il tarixində Rəhbərlik tərəfindən fəxri auditor “döş nişanı” ilə təltif olundu, H.Əhmədova Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbriklər söylənildi və işlərində müvəffəqiyyətlər arzu edildi.

 

 
 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur