MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2011-ci il 15-17 sentyabr tarixlərində Bakı şəhərində Mühasiblərin və Auditorların III Avrasiya Forumu keçirilmişdir

2011-10-05

2011-ci il 15-17 sentyabr tarixlərində Bakı şəhərində   Mühasiblərin və Auditorların III Avrasiya   Forumu keçirilmişdir

2011-ci il 15-17 sentyabr tarixlərində Bakı şəhərində Mühasiblərin və Auditorların III Avrasiya Forumu keçirilmişdir


      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın müddəalarına uyğun olaraq, beynəlxalq təcrübənin öyrənilməsi və respublikamızda tətbiq olunması məqsədilə 2011-ci il 15-17 sentyabr tarixlərində Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı və audit standartlarının tətbiqi problemləri” mövzusunda Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və Auditorların III Avrasiya Forumu keçirilmişdir.

      Forumun təşkilində əsas məqsəd şəffaflığın artırılmasında beynəlxalq standartların rolu və əhəmiyyəti sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, şəffaflığın artırılması ilə bağlı qanunvericilik aktlarının qəbulu və mövcud qanunların icra mexanizmlərini təkmilləşdirməklə bağlı konkret əməli təkliflər irəli sürmək, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarət olmuşdur.
 Foruma başlamamazdan əvvəl tədbir iştitakçıları sentyabrın 16-da “Fəxri xiyaban”a gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

 

 

Görkəmli avtomoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülmüşdür.

   


      Sonra Forum iştirakçıları “Şəhidlər xiyabanı”na gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarınınxatirəsini anmış, məzarları üzərinə güllər qoymuşlar.

 

 


      Forumu giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq, əvvəlcə qonaqları salamladı və sonra  “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı və audit standartlarının tətbiqi problemləri” mövzusunun əhəmiyyətindən və vacibliyindən danışdı. O, bildiri ki, Azərbaycanda şəffaflığın təmin edilməsi, audit sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür, dünya standartlarına cavab verən qanunlar qəbul edilir. Azərbaycanda audit institutunun normal fəaliyyəti üçün kifayət qədər əsaslandırılmış qanunvericilik bazası vardır. Bütövlükdə iqtisadiyyatın bütün sahələrində uçot sisteminin beynəlxalq standartlara uyğun qurulması istiqamətində işlər daha da genişləndirilməlidir.


   

     

    Daha sonra Auditorlar Palatasının sədri, professor Vahid Novruzov «Azərbaycanda audit: təşəkküldən beynəlxalq inkişafa doğru» mövzusunda geniş məruzəsi dinlənildi.

 

   


    Forumda şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi və inkişafı məsələləri üzrə peşəkar müzakirələr aparıldı və mövcud problemlər təhlil edildi.

      Tədbirdə Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının: Beynəlxalq Mühasiblər Federasiyasına (İFAC), Fransa - JPA Beynəlxalq Şəbəkənin, Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyinin (TÜRMOB), Rumıniya Maliyyə Auditorları Palatasının, Polşa Milli Auditorlar Palatasının, Polşa Mühasiblər Assosiasiyasının, Rusiya Auditorlar Kollegiyasının, Ukrayna Auditorlar Palatasının, Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının Böyük Britaniyanın Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) Ukrayna, Baltik  və Qafqaz ölkələri üzrə rəhbərinin, Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların milli institutunun, Gürcüstan Parlamentinin Audit Şurasının, Gürcüstan – “Finans Audit” şirkətinin, Özbəkistan Auditorlar Palatasının, Özbəkistan Fərqanə Regionunun Auditorlar Palatasının, Özbəkistan Andijan Regionunun Auditorlar Palatasının, Latviya Sertifikatlı Auditorlar Assosiasiyasının, Çex Respublikasının Auditorlar Palatasının, Ukrayna Milli Bankının, Rusiyada Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (SMMİ) Birləşmiş Krallığın və Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutunun, o cümlədən, Auditorlar Palatasının əməkdaşlıq etdiyi qurumların: Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, Азярбайъан Республикасынын Баш Прокурору йанында Коррупсийайа Гаршы Mцбаризя Идарясинин, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunu, Azərbaycan Respublikası Hesablama Palatasının, Bakı Biznes Universitetinin və «Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.» şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri müxtəlif mövzularda məruzələr etmişdir. Sonda məruzələr ətrafında fikir mübadilələri və müzakirələr aparılmışdır.

 

 

 

 

 

 

 

 

 

 


      Azərbaycan auditorları adından Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

     Tədbir iştirakçıları Forumun səhərisi günü 17 sentyabr tarixində Heydər Əliyev Fondunu ziyarət ediblər. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə, məlumat verilib. Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond genişmiqyaslı layihələr həyata keçirməklə görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

   


      Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə dair materiallarla, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstəriblər. Bildirilib ki, ulu öndərin əsasını qoyduğu uğurlu inkişaf strategiyası Azərbaycanın qüdrətinin artmasına, onun regionda lider dövlətə çevrilməsinə səbəb olub.

 

   

  

       Qonaqlar Fondun xatirə kitabına ürək sözlərini yazıblar.

 

   

 

      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömrü, zəngin irsi, eləcə də Fondun fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə minnətdarlıqlarını bildirən qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılıblar.        

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur