MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

“Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda Bakıda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir

2012-03-26

“Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda Bakıda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir

2012-ci il 15-16 mart tarixlərində Bakı şəhərində 

«Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu» mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən şəffaflığın artırılması sahəsində beynəlxalq qurumlar və xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı daha da genişləndirmək məqsədilə, Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, Rumıniya Maliyyə Auditorları Palatası, Rusiya Auditorlar Kollegiyası, Qazaxıstan Respublikasının Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə 2012-ci il 15-16 mart  tarixlərində “Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda Bakıda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir.

Simpoziumda yeni iqtisadi-maliyyə mühitində şəffaflığın artırılması zərurəti, bu sahədə auditin rolu, onun qarşısında duran problemlər, maliyyə hesabatlarının auditinə dair Avropa Parlamentinin və Şurasının Direktivləri üzrə 20-dən artıq məruzə dinlənilmiş və onların ətrafında müzakirələr aparılmışdır.

Simpoziumu giriş sözü ilə Аzərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə açaraq, əvvəlcə qonaqları salamladı və sonra “Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik simpoziumun əhəmiyyətindən və vacibliyindən danışdı. O, qloballaşmaqda olan müasir dünyada auditin rolunun artmasından bəhs edərək demişdir ki, Azərbaycanda audit sisteminin formalaşmasına böyük əhəmiyyət verilir. Azərbaycan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, audit sahəsində dünya təcrübəsini öyrənir. Azərbaycanda audit institutunun normal fəaliyyəti üçün kifayət qədər əsaslandırılmış qanunvericilik bazasının olduğunu və bütövlükdə iqtisadiyyatın bütün sahələrində uçot sisteminin beynəlxalq standartlara uyğun qurulması istiqamətində işlərin daha da genişləndirildiyini vurğuladı. Bu sahənin inkişafı dövlətimizin başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Sonra Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin Siyasi məsələlər üzrə müşaviri cənab Andrey Valentinov çıxış edərək vurğulamışdır ki, Avropa İttifaqı ölkəmizdə müsbət dəyişikliklərin həyata keçirilməsi və auditin rolunun artırılması üçün Azərbaycanla sıx əməkdaşlıq edir. Azərbaycanda bu istiqamətdə müəyyən uğurlar qazanılmışdır.

Andrey Valentinov TACİS – “Müstəqil Dövlətlər Birliyinə Texniki Kömək” layihəsinin də adını çəkmiş və bildirmişdir ki, Azərbaycanda auditin inkişafı üçün Avropa İttifaqı layihə üzrə müvafiq vəsait ayırmışdır.

Daha sonra Azərbaycan Universitetinin kafedra müdiri Eldar Qəhrəmanov ev sahibi olaraq qonaqları və iştirakçıları Azərbaycan Universitetin rəhbərliyi adından salamladı və universitetin professor-müəllim heyyəti adından simpoziumun işinə uğurlar arzuladı.

Daha sonra Auditorlar Palatasının sədri, professor Vahid Novruzov simpozium iştirakçılarını salamlayaraq, şəffaflığın artırılması və auditin inkişafı üçün önəm daşıyan beynəlxalq simpoziumа qatıldıqlarına görə hamıya minnətdarlığını bildirdi.

Eyni zamanda o, fürsətdən istifadə edərək, Azərbaycanın yaxın dostları –  Rumıniya Maliyyə Auditorları Palatasının sədri Horia Neamtunu, Rusiya Auditorlar Kollegiyasının sədri Aleksandr Rufu və Qazaxıstan Respublikası Auditorlar Palatasının prezidenti cənab Sapar Koşkimbayevi Azərbaycan Auditorları adından salamlayaraq çox məmnun olduğunu və Azərbaycana xoş gəldiklərini qeyd etdi.

O, bir daha əmin olduğunu bildirdi ki, simpoziumdakı müzakirələrin pozitiv nəticəli olacağını, şəffaflığın təmin edilməsində maliyyə nəzarətinin, o cümlədən auditin önəmli rolunun vurğulanmasında, müasir şəraitdə maliyyə nəzarətinin qarşısında duran vəzifələrin maliyyələşdirilməsində və onların həlli yollarının araşdırılmasında böyük əhəmiyyətə malik olacağını vurğuladı və «Müasir şəraitdə auditin inkişaf konsepsiyası haqqında» geniş məruzə ilə çıxış etdi.

Sonra simpoziumda Rumıniya Maliyyə Auditorları Palatasının prezidenti Horia Nemtu «Audit siyasətində Avropa Komissiyasının yeni təkilifləri», Аzərbaycan Respublikası Vergilər Nazirliyinin Strateji  araşdırmalar baş idarəsinin rəisi Akif Musayev «Elektron xidmət: şəffaflığa aparan yol», Qazaxıstan Respublikası Auditorlar Palatasının prezidenti Sapar Koşkimbayev «Auditin keyfiyyətinə nəzarətə alternativ yoxdur», Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev «Korrupsiya cinayətlərinin aşkar edilməsi və istintaqı zamanı mütəxəssislərin rolu», Rusiya Auditorlar Kollegiyasının sədri Aleksandr Ruf «MDB məkanında beynəlxalq audit standartlarının tətbiqi məsələləri», Azərbaycan Bank Tədris Mərkəzinin Direktoru Cavanşir Abdullayev «Korporativ idarəetmə və şəffaflıq», «Ernst & Yanq Holdinqs (SiAyEs) Bi. Vi.» şirkətinin Azərbaycan Respublikasındakı filialının partnyoru, Auditorlar Palatası  Şurasının  üzvü İlqar Vəliyev «Audit peşəsi qarşısında duran aktual problemlər», Аzərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov «Avropa İttifaqının audit siyasəti və Azərbaycan», «Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru  Rəna Səfərəliyeva «Azərbaycanda auditin beynəlxalq maliyyə hesabatlarına uyğunlaşdırılmasında QHT-nin rolu», Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının  üzvü, sərbəst auditor Namiq Abbaslı «Maliyyə hesabatlarının təqdim olunması: problemlər və onun auditə təsiri», GRBS® Tədris Mərkəzinin baş ekspert-məsləhətçisi Elşən Rəhimov  «Orta və kiçik müəssisələrdə beynəlxalq maliyyə hesabatlarının tətbiqi problemləri», «HLB Аzərbaycan» ММC-nin idarəedici Partnyoru İslam Bayramov «Azərbaycanda auditor fəaliyyətində keyfiyyətə nəzarətin əsas xüsusiyyətləri», Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə monitorinqi xidmətinin böyük hüquq məsləhətçisi Azər Abbasov və aparıcı mütəxəssisi Rəşad İsgəndərov «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin inkişafı və auditin rolu», «МАК Аzərbaycan LTD» ММC-nin direktoru Zamin Hüseynov «Beynəlxalq audit standartlarının post-sovet məkanında tətbiqi: Qərbin skeptik baxışı və inkişaf imkanları», «Deloitte & Touche» MMC-nin direktoru Nuran Kərimov «Şəffaflığın artırılmasında məcburi auditin töhfəsi», Аzərbaycan Universitetinin baş müəllimi Tofiq Hümbətov «Gəlirlərin bəyan edilməsinin şəffaflığın artırılmasında rolu», Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsinin rəisi Səbuhi Gülməmmədov «Azərbaycanda auditin aktual problemləri», Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Cəmilə Namazova «Müasir şəraitdə audit kadrlarının hazırlanmasının aktual problemləri», Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü İsmət Cabbarov  «Daxili nəzarət sistemi və onun idarəetmədə rolu», Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı Anar Bayramov «Şəffaflığın artırılmasında daxili auditin vəzifələri», Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantı Nigar Vahabzadə «Bank sektorunda şəffaflıq problemləri» mövzusunda çıxışlar etdilər.

Tədbirdə xarici qonaqlarla yanaşı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Bank Tədris Mərkəzinin, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin, GRBS® Tədris Mərkəzinin nümayəndələri iştirak etmişlər.

Sonda məruzələr ətrafında fikir mübadilələri və peşəkar müzakirələr aparılmaqla mövcud problemlər təhlil edildi.

Tədbirin səhərisi günü 16 mart tarixində Rumıniya Maliyyə Аuditorları Palatası, Rusiya Auditorlar Kollegiyası, Qazaxıstan Respublikasının Auditorlar Palatası və Azərbaycan Respublikasının Auditorlar Palatası arasında auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparılmışdır.

 
 
 
 
 
                                



 

KADR HAZIRLIĞI, XARİCİ ƏLAQƏLƏR VƏ NƏŞRİYYAT İDARƏSİ

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur