MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatasının, Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank Sertifikat Xidmətləri Mərkəzi”nin və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 20 dekabr tarixində Seminar-Təlim keçirilmişdir.

2019-12-20

Azərbaycan Respublikasının Auditorlar Palatasının, Azərbaycan Respublikası  Mərkəzi Bankının “Bank Sertifikat Xidmətləri Mərkəzi”nin və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 20 dekabr tarixində Seminar-Təlim keçirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 5.5-ci “PL/TM-ə qarşı mübarizə üzrə tələblərə riayət olunması mexanizminin təkmilləşdirilməsi - Monitorinq subyektlərinin PL/TM-ə qarşı mübarizə üzrə məsul şəxsinin eyniləşdirilmə, hesab və əməliyyatlar üzrə məlumatlara çıxışının təmin edilməsinə metodiki dəstəyin təmin edilməsi” və 8.4-cü “Monitorinq rejimi üzrə əməliyyatların əhatə dairəsinin genişləndirilməsi və mərkəzləşdirilməsi üçün tədbirlər görülməsi - Monitorinq subyektlərinin Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasına qoşulmasının təşviq edilməsi” bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatasının, Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 20 dekabr tarixində monitorinqin digər iştirakçıları olan sərbəst auditorlar və auditor təşkilatları tərəfindən şübhəli əməliyyatlar barədə məlumatların Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları barədə Seminar-Təlim keçirilmişdir. 

Seminar-Təlimi giriş sözü ilə Auditorlar Palatası Şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Maarif Abbasov açmış və müzakirə olunan məsələyə dair seminar iştirakçılarına qısa məlumat vermişdir.

Azərbaycan Respublikası  Mərkəzi Bankının “Bank Sertifikat Xidmətləri Mərkəzi”nin Elektron imza üzrə sertifikasiya şöbəsinin rəisi Məmmədyar Novruzov, Şöbənin aparıcı mütəxəssisi Ziyadə Muradlı, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Məlumatların emalı şöbəsinin rəisi Samir Məmmədov və Hüquq departamentinin direktoru Azər Abbasov geniş təqdimatla çıxış edərək Palata üzvlərini məlumatlandırmış və iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası

 

 

 


 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur