MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan dilinə tərcümə edilmiş və nəşr etdirilmiş Peşəkar Muhasiblərin Beynəlxalq Etika Məcəlləsinin ( Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) təqdimat mərasimi keçirilmişdir

2019-12-13

Azərbaycan dilinə tərcümə edilmiş və nəşr etdirilmiş Peşəkar Muhasiblərin Beynəlxalq Etika Məcəlləsinin ( Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) təqdimat mərasimi  keçirilmişdir

 

Beynəlxalq Mühasiblər Federasiyasının həqiqi üzvü və Azərbaycan təmsilçisi olaqraq Azərbaycan Respublikasının Auditorlar Palatası “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin ( Beynəlxalq Müstəqil Standartları ilə birlikdə ) “2019-cu ilin 15 iyun tarixindən qüvvəyə minmiş yeni versiyasını Azərbaycan dilində nəşr etdirmişdir.

    Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik standartları ilə birlikdə) bu peşənin ictimai maraqlar üzrə məsuliyyətini əks etdirən peşəkar mühasibləq üçün peşə etikasının fundamental prinsiplərini müəyyənləşdirir. Bu prinsiplər peşəkar mühasibdən gözlənilən davranış standartını müəyyən edir.Fundamental prinsiplərə tamlıq, obyektivlik, peşəkar səriştə və müvafiq yanaşma, məxfilik və peşəkar davranış daxildir.

    Məcəllə, peşəkar mühasibdən fundamental prinsiplərə əməl olunmama ilə əlaqəli potensial təhlükələrin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və onlara qarşı müvafiq tədbirlərin görülməsini tələb edən konseptual əsasları yaradır. Konseptual əsaslar bu Məcəllənin etik tələblərinə əməl etməkdə və ictimai maraqlar naminə fəaliyyət göstərmək məsuliyyətini yerinə yetirməkdə peşəkar mühasiblərə kömək edir.

    Audit, təhlil və digər təminat tapşırıqları üçün Məcəllə bu tapşırıqlarla bağlı müstəqilliyə təhlükələr üzrə konseptual əsasların tətbiqi ilə müəyyən edilmiş Beynəlxalq Müstəqillik Standartlarını müəyyən edir.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərli Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadiyyatına uğurla inteqrasiya etdiyi indiki şəraitdə ölkəmizin mühasibləri və auditorları üçün mühüm əhəmiyyət kəsb edən Məcəlləni 2019-cu ilin 13 dekabr tarixində Auditorlar Palatasının inzibati binasında maraqlı tərəflərin iştirakı ilə həmin təqdimat mərasimi keçirilmişdir.

   Tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının sədri ,professor Vahid Novruzov göstərmişdir ki ,yeni Məcəllədə təkcə bu vaxta kimi qüvvədə olan Etika Məcəlləsinin 2016-cı il redaksiyasına ayrı-ayrı  dəqiqləşdirmələr etməklə  kifayətlənilməmiş, Məcəllə demək olar ki, köklü surətdə dəyişdirilmişdir.

   Palata sədri qeyd etmişdir  ki, Məcəllənin adı 2016-cı il versiyasına nisbətən genişləndirilmiş və «Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi» ifadəsinə etika  məfhumunun müstəqillik məsələlərini ehtiva etdiyini göstərən «Beynəlxalq  Müstəqillik Standartları ilə  birlikdə» sözləri əlavə olunmuşdur. Əvvəlki Məcəllələrdən fərqli olaraq yeni qüvvəyə minən Məcəllə nəzərdə tutulmuş müddəaların icra edilməsinin məcburiliyini ön plana çəkmişdir.

   Məcəllənin tətbiqinin əhəmiyyətindən danışarkən, qeyd olunmuşdur ki, Məcəllənin yeni konsepsiyası  dünyada müşahidə olunan ictimai etimadın azalması prosesinin qarşısının alınmasında böyük ümidlər doğurur.

   Auditorlar Palatasının sədri demişdir : ”Bu problem bizim ölkəmiz üçün də çox aktualdır. Belə ki, apardığımız sorğunun nəticələri Azərbaycan  auditolarına etimadın çox da yüksək olmadığını göstərir. Heç də təsadüfi  deyildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, ictimai nəzarətin, o cümlədən müstəqil auditin rolunun getdikcə artdığını göstərməklə bərabər, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi  islahatların indiki  mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirməyi bir vəzifə olaraq qarşımızda qoymuşdur.

   Qeyd etmək lazımdır  ki,  Məcəllə dünyada tərcümə olunan 40 dildən biri də Azərbaycan dilidir.”

    Təqdimat mərasimində Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan İqtisadçılar İttifaqının  prezidenti, akademik Ziyad Səmədzadə,Gürcüstan Respublikasının Mühasibat uçotu,hesabatlılıq və audit xidmətinin rəhbəri Yuri Dolidze, AMEA-nın  müxbir üzvü Akif Musayev,Azərbaycan Risk Peşəkarları Assosiasiyasının prezidenti Günay Şahbazova,Azərbaycan İqtisad Universitetinin Muhasibat Uçotu və Audit kafedrasının müdiri Sifariz Səbzəliyev,Palatanın  Aparat rəhbəri Qəşəm Bayramov,Komitə sədri Nəcəf Talıbov və digər çıxış edənlər Məcəllənin auditor və mühasib peşələrinin inkişafında müstəsna əhəmiyyətə malik olduğunu vurğuladılar.

   Tədbirdə Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Gürcüstan Respublikasının Mühasibat uçotu,hesabatlılıq və audit xidməti arasında Əməkdaşlıq Müqaviləsi imzalanmaşdır.






 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur