MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI VƏ RUSİYA FEDERASIYASININ ÖZÜNÜTƏNZİMLƏYƏN AUDİTORLAR TƏŞKİLATI OLAN “СОДРУЖЕСТВО” ASSOSİASİYASI ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞİN VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI VƏ İMTİYAZLI SERTİFİKATLAŞDIRILMIŞ MÜHASİBLƏR ASSOSİASİYASI (ACCA) ARASINDA ANLAŞMA MEMORANDUMUNUN İMZALANMASINA DAİR TƏDBİR KEÇİRİLMİŞDİR

2019-06-14

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI VƏ RUSİYA FEDERASIYASININ ÖZÜNÜTƏNZİMLƏYƏN AUDİTORLAR TƏŞKİLATI OLAN “СОДРУЖЕСТВО” ASSOSİASİYASI ARASINDA  ƏMƏKDAŞLIQ  HAQQINDA SAZİŞİN VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI VƏ İMTİYAZLI SERTİFİKATLAŞDIRILMIŞ MÜHASİBLƏR ASSOSİASİYASI (ACCA) ARASINDA ANLAŞMA MEMORANDUMUNUN İMZALANMASINA DAİR TƏDBİR KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikasının Auditorlar Palatası ölkə Prezidenti cənab İlham Əliyevin göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, 40-a yaxın xarici ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişləri imzalamışdır. Bu sazişlərin reallaşması ölkədə şəffaflığın artırılması və auditin inkişafı sahəsində xarici tərəfdaşlarla birgə tədbirlər həyata keçirmək və təcrübə mübadiləsi aparmaq üçün önəmli əhəmiyyət kəsb edir.

Növbəti belə əməkdaşlıq sazişlərinin imzalanması 2019-cu il 13 iyun tarixində Rusiya Federasiyasının Özünütənzimləyən auditorlar təşkilatı olan “Содружество”  Assosiasiyası və İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) nümayəndə heyətlərinin Bakıya səfəri zamanı baş tutmuşdur.

2019-cu il 13 iyun tarixində “Flame Towers” Baku otelində (Ünvan: Bakı şəhəri, Mehdi Hüseyn 1A küçəsi) Azərbaycan Respublikasının Auditorlar Palatası və Rusiya Federasiyasının Özünütənzimləyən auditorlar təşkilatı olan “Содружество” Assosiasiyası arasında Əməkdaşlıq Sazişi,  Azərbaycan Respublikası Auditorlar Palatası və mənzil qərargahı Londonda yerləşən Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında isə Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası və Rusiya Federasiyasının Özünütənzimləyən auditorlar təşkilatı olan “Содружество” Assosiasiyası arasındakı Əməkdaşlıq Sazişinin əsas məqsədi Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS), Beynəlxalq Audit Standartlarının (BAS), habelə Beynəlxalq Mühasiblər Federasiyası (BMF) tərəfindən qəbul olunan digər standartların ARAP və ÖAT SA üzvlərinin peşə fəaliyyətində tətbiqinə kömək göstərilməsi, tərəflərin üzvlərinin tədrisi və ixtisasının artırılması üçün ARAP-ın və ÖAT SA-nın tədris mərkəzi şəbəkələri vasitəsi ilə peşə sertifikatlaşdırmasının inkişafı sahəsində əməkdaşlıq edilməsi, ARAP və ÖAT SA üzvlərinin peşəkarlığının inkişafı məsələlərində qarşılıqlı fəaliyyət göstərilməsi, Tərəflərin mütəxəssisləri arasında işgüzar ünsiyyətə əlverişli şərait yaradılmasından ibarətdir.

Azərbaycan Respublikası Auditorlar Palatası və İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasındakı Anlaşma Memorandumunun məqsədi isə hüquqi münasibətlər yaratmaq niyyəti olmadan Tərəflər arasında qarşılıqlı əməkdaşlıq ruhunda anlaşma yaratmaq, qarşılıqlı faydaya xidmət edən əməkdaşlıq imkanlarını araşdırmaq, hər birinin və qarşılıqlı maraqların qorunması üçün Tərəflərin əməkdaşlıqla bağlı müvafiq rolları və məsuliyyətlərini müəyyən etməkdən ibarətdir.

Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq iştirakçıları və qonaqları salamladı. O, Azərbaycan və Rusiya auditorları arasında əməkdaşlığın köklərinin  uzaq 1999-cu ilə təsadüf etdiyinə  toxunaraq,  məhz həmin vaxt ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasına Rusiya auditorları ilə Əməkdaşlıq Sazişi imzalamağa dair xeyir-dua verildiyini və həmin ildən başlayaraq Auditorlar Palatası  ilə Rusiya auditorları arasında əməkdaşlığın uğurla davam etdirilməkdə olduğunu xüsusi vurğuladı. Eyni zamanda, mühasibat uçotu, hesabatlılıq və audit sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında önəmli rola malik olan və dünyanın əksər ölkələrində öz fəaliyyəti ilə təmsil olunan İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA)  ilə Azərbaycan Auditorlar Palatası arasında əməkdaşlığın 2007-ci il tarixindən ilk Anlaşma Memorandumu imzalandığı andan başladığını xatırladaraq, bütün bu müddət ərzində Auditorlar Palatasının ACCA-nın diqqətini daim hiss etdiyini, müxtəlif tədbirlərin keçirilməsində dəstək aldığını və həmin qurumun mütəxəssislərinin tövsiyələrindən bəhrələndiyini ön plana çəkdi. O, bu Sazişlərin bağlanmasının tərəflərin fəaliyyət göstərdiyi ərazilərdə mühasiblərin, auditorların və digər bu kimi peşə sahiblərinin inkişafı ilə bağlı əməkdaşlıq etmək, təşkilatların üzvlərinin peşə səviyyəsinin yüksəldilməsi, Tərəflərin mütəxəssisləri arasında işgüzar əlaqələrin yaradılmasını qeyd etdi.                                                     Eyni zamanda, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə iqtisadi islahatların aparılması, kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər və müstəqil auditə göstərilən böyük diqqət və qayğı barədə geniş məlumat verdi.

Sonra Rusiya Federasiyasının Özünütənzimləyən auditorlar təşkilatı olan “Содружество” Assosiasiyasının (ÖAT SA) prezidenti Şeremet Anatoliy Daniloviç, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Ukrayna və Qafqaz ölkələri üzrə rəhbəri Janetta Onişşuk, Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev və Rusiya Federasiyasının Özünütənzimləyən auditorlar təşkilatı olan “Содружество” Assosiasiyasının (ÖAT SA) baş direktoru Nosova Olqa Aleksandrovna, Auditorlar Palatasının Aparatının rəhbəri Qəşəm Bayramov  çıxış etdilər.                                                                                                 Çıxışlar başa çatdıqdan sonra qurumlar arasında Əməkdaşlığa dair sənədlər imzalandı və Azərbaycanda auditor xidmətinin inkişafındakı xüsusi xidmətlərinə görə Rusiya Federasiyasının Özünütənzimləyən auditorlar təşkilatı olan “Содружество” Assosiasiyasının (ÖAT SA) prezidenti Şeremet Anatoliy Daniloviçə Auditorlar Palatasının "Fəxri üzv" statusu verildi, Rusiya Federasiyasının Özünütənzimləyən auditorlar təşkilatı olan “Содружество”  Assosiasiyasının (ÖAT SA) baş direktoru Nosova Olqa Aleksandrovna isə Auditorlar Palatasının "Fəxri auditor" döş nişanı ilə təltif olundu.

Tədbir zamanı qurumlar arasında auditin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılmışdır.

Tədbirdə Rusiya Federasiyasının Özünütənzimləyən Auditorlar Təşkilatı olan “Содружество” Assosiasiyası və İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının nümayəndə heyəti ilə birgə, dövlət qurumlarının nümayəndələri, Auditorlar Palatasının əməkdaşları və üzvləri iştirak etmişlər.

Tədbir “Azərbaycan”, “MİR” televiziyalarında və AZƏRTAC-da geniş işıqlandırılmışdır.

Tədbirin səhəri günü qonaqlar   “Yanardağ” Dövlət Tarix - Mədəniyyət və Təbiət Qoruğu ilə tanış olmuşlar.

  

   
























 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur