MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

“Auditor təşkilatları və sərbəst auditorlar üçün hazırlamış auditin aparılmasına dair tövsiyələr”in təqdimatına dair seminar keçirilmişdir.

2019-02-12

“Auditor təşkilatları və sərbəst auditorlar üçün hazırlamış auditin aparılmasına dair tövsiyələr”in təqdimatına dair seminar keçirilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasında 2019-cu il 08 fevral tarixində “Auditor təşkilatları və sərbəst auditorlar üçün hazırlamış auditin aparılmasına dair tövsiyələr”in təqdimatına dair seminar keçirilmişdir.Seminarı giriş sözü ilə Auditorlar Palatasının İcraçı direktoru Səbuhi Gülməmmədov açaraq elan edərək tədbir iştirakçılarını salamladı və rəhbərliyin adından seminarda iştirak etdiklərinə görə üzvlərə təşəkkürünü və tövsiyələrini çatdırdı. S.Gülməmmədov seminarın əhəmiyyətindən danışaraq bildirdi ki, bugünki seminarda müzakirə olunan Auditor təşkilatları və sərbəst auditorlar üçün hazırlamış bu material tək Palatanın deyil, Palata üzvlərinin də potensialından istifadə olunan materialdır. Həmin material Palatanın üzvlərinin praktik işlərində tətbiq edəcəkləri çox dəyərli bir sənəddir. Bundan əlavə Palata üzvlərinin Auditorlar Palatası Şurasında, Auditorlar Palatası Şurası yanında Komitələrdə, “Dəyirmi masa”da, Keyfiyyətə nəzarət qrupunun müfəttişliyi qismində və.s ictimai əsaslarla təmsil olunmaları, o cümlədən xidməti istifadə məqsədilə auditorlar üçün hazırlanan tövsiyə, təlimat, proqram və digər bu kimi sənədlərin hazırlanmasında öz rəy və təklifləri ilə iştirak etmələri barədə də S.Gülməmmədov məlumatlar verdi.
Daha sonra çıxış üçün Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova söz verildi. N.Talıbov Auditor təşkilatları və sərbəst auditorlar üçün hazırlanmış auditin aparılmasına dair Tövsiyə və Təlimat  ilə bağlı geniş məruzə ilə çıxış edərək, bildirib ki, Auditin aparılması və sənədləşdirilməsinə dair Tövsiyələr auditor yoxlamalarının Beynəlxalq Audit Standartlarına uyğun qaydada aparılmasında Azərbaycan Respublikasının Auditorlar Palatasının (ARAP) üzvlərini istiqamətləndirmək üçün nəzərdə tutulmuşdur və bu Tövsiyələrdə Beynəlxalq Audit Standartları və 15 dekabr 2016-cı il tarixdən qüvvədə olan Keyfiyyətə Nəzarət, Audit, Təhlil, Digər Təsdiqləmə və Əlaqəli Xidmətlər üzrə Beynəlxalq Standartlara uyğun olaraq audit və təsdiqləmə tapşırıqlarının, eləcə də razılaşdırılmış prosedurların icrası kimi sahələri də əhatə edir. Eyni zamanda bu Tövsiyələrin istənilən üzv şirkət tərəfindən audit Tövsiyələri kimi qəbul edilə biləcək şəkildə tərtib olunması da qeyd edilib.
Seminarın gedişatında Tövsiyə və Təlimat barəsində ətraflı müzakirələr aparılmış və iştirakçılar -  Sərbəst auditor Cəfərova Şahnaz, Sərbəst auditor Soltanov Qulu, Sərbəst auditor Şirinov Yasin, Sərbəst auditor İsgəndərov Səməd, Sərbəst auditor Çələbiyev Eldəniz, Sərbəst auditor İsayev Telman, “Cavid-Audit” MMC-nin direktor auditoru Məmmədov Şahbaz, “VXA-Audit” MMC-nin direktor-auditoru Qurbanov Elçin, “Audit Consulting 17” MMC-nin direktoru Cəfərov Nazim, “Alfa Audit” MMC-nin auditoru Səfərova Aygün tərəfindən verilmiş suallar Nəcəf Talıbov tərəfindən cavablandırılmışdır.
Sonda S.Gülməmmədov tərəfindən məcburi audit subyektlərinin auditdən keçmələri vəziyyətinə nəzarət olunması məqsədi ilə auditor xidməti müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasını məlumatlandırılma Formasının 10 (iş) günü müddətində təqdim olunması, Dempinq, haqsız rəqabət və qiymətlərin aşağı salınması məsələlərinə yol verilməməsi, üzvlük haqqı ilə bağlı məsələlərin vaxtında həll olunması, həmçinin peşəkar moderatorlar tərəfindən maliyyə hesabatlarının hazırlanmasına dair ödənişsiz treyninqlərin keçirilməsi ilə bağlı məlumatlar verilərək Palata tərəfindən təşkil olunan bu kimi seminarlarda, “Dəyirmi masa” iclaslarında, ixtisasartırma kurslarında iştirak edilməsi, Palatanın elektron səhifəsinin mütəmadi olaraq izlənilməsi, auditorların e-mail ünvanlarınına nəzarət etmələri, ümumilikdə üzvlərin Palata ilə sıx əlaqə saxlamaları vurğulandı.

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur