MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov Gürcüstanın Tbilisi şəhərində işgüzar səfərdə olmuşdur

2019-01-23

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov Gürcüstanın Tbilisi şəhərində işgüzar səfərdə olmuşdur

Gürcüstan Respublikasının Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin sədri Giorgi Rusiaşvilinin 2019-cu il 14 yanvar tarixli dəvət məktubuna əsasən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov həmin cəmiyyətin təşkilatçılığı ilə 2019-cu il 23 yanvar tarixində Tbilisi şəhərində keçirilən Gürcüstan hökuməti ilə razılaşdırılmış mühasibat uçotu, maliyyə hesabatlılığı və audit Milli Fondunun təsis edilməsinin təntənəli mərasimində iştirak etmişdir. Mərasimdə 15 ölkədən 50-yə yaxın  nümayəndə, o cümlədən, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) icraçı direktoru Paul Thompson, “JPA International” audit və mühasibat uçotu beynəlxalq təşkilatın təsisçisi Jacques Potdevin, ClMA-nın Avrasiya üzrə rəhbəri Vadim Bozhenik, Amerikada “Broadwell College of Business və Economics at Fayetteville State University”nin professoru Robert W. McGee, “Angers” Universitetində Mühasibat, Audit və Nəzarət üzrə Magistr proqramının (CCA) rəhbəri Lionel Escaffre, Avstraliya üzrə CPA-nın İctimai Təcrübə üzrə Baş Meneceri Peter Docherty, Fransa səfiri Pascal Munier və başqa nümayəndələr iştirak etmişdir.Palatanın sədri Vahid Novruzov tədbir iştirakçılarına ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan auditinə göstərdiyi diqqət və qayğı barəsində və eləcə də onun inkişaf istiqamətlərinə dair geniş məlumat verərək onlarla qarşılıqlı fikir mübadiləsi aparmışdır.Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Auditorlar Palatası Gürcüstanın Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyəti ilə audit peşəsinin tənzimlənməsi sahəsində sıx əməkdaşlıq edir.


 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur