MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

“Turizm müəssisələrində şəffaflığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi məsələləri” mövzusunda regional seminar-müşavirə keçirilmişdir.

2018-10-29

“Turizm müəssisələrində şəffaflığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi məsələləri” mövzusunda regional seminar-müşavirə keçirilmişdir.

Turizm müəssisələrində şəffaflığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi məsələləri” mövzusunda regional seminar-müşavirə keçirilmişdir.

 

2018-ci il oktyabrın 26-da Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində “Turizm müəssisələrində şəffaflığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi məsələləri” mövzusunda regional seminar-müşavirə keçirilib. 

Tədbirə başlamamışdan öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Tədbirdə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının yerli icra hakimiyyəti orqanlarının, müvafiq iqtisadi qurumların nümayəndələri və turizm müəssisələrinin rəhbərləri iştirak ediblər. Seminar-müşavirədə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlığını və davamlığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi önəm daşıyır. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının I müavini İlhamə Nəzərova müasir dünyada turizmin hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayıldığını qeyd edib. Bildirilib ki, Azərbaycanda da bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşılır. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Rüstəm Mehtizadə son dövrlər ölkəmizdə turizm sahəsində aparılan genişmiqyaslı işlərin əhəmiyyətini nəzərə alaraq, bu sahədə şəffaflığın artırılması üçün zəruri olan hesabatlılıq və uçota dair maarifləndirmənin, metodiki dəstəyin həyata keçirilməsinin vacibliyindən danışıb.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov seminarın əhəmiyyətindən söz açaraq bildirib ki, turizm sahəsi yüksək inkişaf tempinə görə son yüzilliyin iqtisadi fenomeni kimi dəyərləndirilir. Dünya iqtisadiyyatında turizm yalnız neftçıxarma ilə rəqabətdədir. Son illərdə dünya iqtisadiyyatında turizmdən gələn gəlir avtomobil sənayesinin gəlirlərini üstələməkdədir. Təsadüfi deyil ki, turizm dünyada ümumi gəlirin 10 faizə qədərini təmin edir. Bu sahə valyuta daxilolmalarının və xarici əlaqələrin genişləndirilməsinin mühüm mənbəyi kimi daha böyük əhəmiyyət kəsb etməkdədir. Bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən sahə kimi turizm dövlətin diqqət mərkəzindədir. 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu, 2002-ci ildə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, 2009-cu ildə isə “2009-2018-ci illərdə Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyev 2011-ci ili ölkəmizdə “Turizm İli” elan edib.

Vahid Novruzov qeyd edib ki, turizmin inkişafına yönəlmiş mühüm sənədlərdən biri də ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dir. “Prezidentin müdrik dövlət quruculuğu siyasətinin və cəmiyyətimizin inkişafına xidmət göstərən iqtisadi strategiyanın bəhrəsi kimi qiymətləndirilən əhalinin real gəlirlərinin artması, milli valyutamızın digər valyutalara nisbətən stabil vəziyyəti, paytaxtda və regionlarda yüksək səviyyəli otellərin və müalicə mərkəzlərinin istifadəyə verilməsi, yeni abad yolların çəkilişi, viza rejiminin sadələşdirilməsi imkan verir ki, ölkəmizin turizm sahəsində dünya üzrə rəqabətqabiliyyətlilik göstəricisi sürətlə artsın. 2017-ci ildə Azərbaycan Respublikası beynəlxalq reytinq cədvəlində ən çox irəliləyən (13 pillə) ölkə olub. Dünya Səyahətlər və Turizm Şurasının məlumatlarına görə, Azərbaycan 2010-2017-ci illərdə turizmin ən yüksək templə inkişaf etdiyi ölkələrin onluğuna daxildir. Vahid Novruzov diqqətə çatdırıb ki, hər bir sahədə olduğu kimi, turizmdə də dayanıqlı inkişaf, ictimai etimad, sifarişçilərin, müştərilərin sayı həmin sahədə və ya müəssisədə mövcud olan şəffaflığın səviyyəsi ilə birbaşa əlaqədardır. Bu isə öz növbəsində uçotun və hesabatlılığın vəziyyəti ilə müəyyən olunur.

Auditorlar Palatasının sədri bildirib ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev xüsusi biznes mühitinin yaxşılaşdırılmasına dəstəyin vacibliyini bir daha vurğulayaraq deyib: “Uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir... Əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır... Korrupsiya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır... Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”.

Seminar-müşavirədə vurğulanıb ki, dünya təcrübəsinə əsasən şəffaflıq yüksək olan ölkələrə, sahələrə, müəssisələrə və xidmət obyektlərinə daha çox maraq göstərilir. Bu isə həmin sahələrdə mövsümiliyin azalmasına, iqtisadi-maliyyə göstəricilərinin yaxşılaşdırılmasına gətirib çıxarır, bütövlükdə xidmətin yüksək rentabelli bir təsərrüfat subyektinə çevrilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.

Regional müşavirədə Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, “Turizm müəssisələrində uçot, hesabatlılıq və audit”, Dövlət Turizm Agentliyinin nümayəndəsi Rüstəm Mehtizadə “Azərbaycanda turizmin ümumi vəziyyəti”, regionda fəaliyyət göstərən turizm şirkətlərinin və digər maraqlı tərəflərin nümayəndələri isə “Regionda turizmin inkişaf perspektivləri” mövzusunda məruzə və çıxışlar ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir AzTV, ARB-də  və AZƏRTAC-da geniş işıqlandırılmışdır.

Növbəti regional tədbirlərin Qəbələ və Gəncə şəhərlərində keçirilməsi nəzərdə tutulub.


 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur