MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Belarus Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndə heyəti auditor fəaliyyətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının Auditorlar Palatasında işgüzar təcrübə keçmişlər.

2018-09-24

Belarus Respublikası Maliyyə Nazirliyinin  səlahiyyətli nümayəndə heyəti auditor fəaliyyətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının Auditorlar Palatasında işgüzar təcrübə keçmişlər.

Belarus Respublikası Maliyyə Nazirliyinin

səlahiyyətli nümayəndə heyəti auditor fəaliyyətinin tənzimlənməsi sahəsində

Azərbaycan Respublikasının Auditorlar Palatasında işgüzar təcrübə keçmişlər.

 

 

2018-ci il 19-22 sentyabr tarixlərində  Belarus Respublikası Maliyyə Nazirliyinin rəhbərliyinin müraciəti əsasında əldə edilmiş razılığa əsasən, Belarus Respublikası Maliyyə Nazirliyinin Mühasibat uçotu, hesabatlılıq və auditin tənzimlənməsi baş idarəsinin rəis müavini - Auditor fəaliyyətinin tənzimlənməsi idarəsinin rəisi Olqa Taraseviç və Belarus Respublikası Maliyyə Nazirliyinin Auditor fəaliyyətinin tənzimlənməsi idarəsinin Audit metodologiyası şöbəsinin rəisi Yelena Kasperoviçdən ibarət səlahiyyətli nümayəndə heyəti Azərbaycan Respublikasının Auditorlar Palatasında işgüzar səfərdə olmuşlar.

Səfərin məqsədi Belarus Respublikasında Auditorlar Palatasının yaradılması üçün 24 illik zəngin audit təcrübəsinə malik Azərbaycan Respublikası Auditorlar Palatasının təcrübəsini öyrənmək və bu sahədə görülən geniş miqyaslı işlər barədə məlumat əldə etmək və məsləhətlər almaqdan ibarət olmuşdur.

Gələn qonaqlar Azərbaycan Respublikası Auditorlar Palatasının normativ-hüquqi bazası ilə, habelə auditin tənzimlənməsinə dair çoxsaylı metodoloji materiallarla tanış olmuşlar. Yeni yaradılacaq Belarus Auditorlar Palatasının funksiya və vəzifələrinin yerinə yetirilməsində zəruri olan        50-ədək təlimat, tövsiyə, metodik göstəriş, qayda, sahəvi audit proqramları və digər sənədlər qonaqlara təqdim edilmişdir. Bu metodoloji dəstək auditin təşkili, auditorların akkreditasiyası və qeydiyyatı, aparılmış auditlərin keyfiyyətinə nəzarət, standartlaşdırma və norma yaratma, audit sahəsində hesabatlılıq, davamlı peşə təhsili və kadr hazırlığı, auditə ictimai nəzarətin təşkili sahələrində Azərbaycanlı həmkarlarının qabaqcıl təcrübələrinin tətbiqi vasitəsilə onların gələcək fəaliyyətlərinə mühüm müsbət təsirini göstərəcəkdir. Qonaqlar tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətinin planlaşdırılması, Əsasnaməsində nəzərdə tutulan vəzifələrin icrası, görülən işlər barədə dövri və illik hesabatlılıq, Palata Şurası yanında Komitələrlə, yerli və xarici tərəfdaşlarla, habelə beynəlxalq peşəkar qurumlarla əlaqələrə xüsusi diqqət yetirilmiş və bu müsbət təcrübə örnək kimi qəbul edilmişdir.   

2018-ci il 21 sentyabr  tarixində qonaqlarla Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlarının və üzvlərinin birgə görüşü keçirilmişdir. Görüşdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru Vahid Novruzov qonaqları salamladı və hər iki ölkənin qarşılıqlı dostluq əlaqələrindən danışdı. Həmin əlaqələrin bir nümunəsi olaraq Belarus Respublikalarında audit fəaliyyətinin tənzimlənməsinə dair Azərbaycan təcrübəsini çox böyük hadisə kimi qiymətləndirdi.

Belə bir şəraitin yaradılmasına görə Auditorlar Palatasının rəhbərliyinə dərin təşəkkürünü bildirən qonaqlar həqiqətən Azərbaycanda Auditorlar Palatasının audit sahəsində zəngin təcrübəyə malik olduğunu bildirmişdirlər. Sonra görüşdə hər iki qurum arasında əməkdaşlığa dair sənədin imzalanması razılığına gəlinmişdir.

Eyni zamanda, qonaqlara ölkəmizdə iqtisadi islahatların aparılması və maliyyə şəffaflığının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlar barədə məlumat verilmişdir.

Elə həmin gün “İnter Audit” auditor təşkilatının direktor auditoru Əlimuxtar Bağırovun illik yubileyi qeyd edilmişdir.
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Ə.Bağırovun keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. 

Sonda Ə.Bağırova hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu. Yubilyarın ölkədə auditor xidmətinin təşkili və tənzimlənməsi sahəsində çoxillik səmərəli fəaliyyətinə, yüksək peşəkarlığına və Palatanın ictimai həyatında fəal iştirakına görə və bununla yanaşı Auditorlar Palatasının və Həmkarlar İttifaqı Komitəsinin "Fəxri fərman"ları ilə təltif edildi və xatirə şəkili çəkildi.




 


 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur