MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

“Korporativ İdarəetmədə Hesabatlılıq və Şəffaflıq Problemləri” mövzusunda konfrans keçirilmişdir.

2018-06-29

“Korporativ İdarəetmədə Hesabatlılıq və Şəffaflıq Problemləri” mövzusunda konfrans keçirilmişdir.

“Korporativ İdarəetmədə Hesabatlılıq və Şəffaflıq Problemləri” mövzusunda konfrans keçirilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəffaflığın daha da artırılması və iqtisadi sahədə tam şəffaflığın təmin edilməsi məqsədi ilə “Biz dünyada mövcud olan ən müsbət, ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir” göstərişlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Auditorlar Palatası və “Deloitte and Touche” MMC təşkilatçılığı ilə 2018-ci il 27 iyun tarixində “Korporativ İdarəetmədə Hesabatlılıq və Şəffaflıq Problemləri” mövzusunda konfrans keçirilmişdir.

Konfransın keçirilməsində əsas məqsəd iqtisadi islahatların indiki mərhələsində hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində qabaqcıl korporativ idarəetmə metodlarının tətbiqi və yeni dövrün çağırışları nəzərə alınmaqla audit sistemini yenidən qurmaq məqsədi ilə Audit Komitələrinin təsirliliyini artırmaq, daxili audit qurumlarının fəaliyyətini gücləndirmək üzrə müvafiq müzakirələr aparmaq və mövcud problemlərin həllinə yönəlmiş tövsiyələrin hazırlanmasından ibarətdir olmuşdur.

Konfransı Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov və “Deloitte and Touche” MMC-nin direktoru Nuran Kərimov açaraq, iştirakçıları və qonaqları salamladılar.

Daha sonra Auditorlar Palatasının sədri Vahid Novruzov bu kimi tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, şəffaflığın artırılması bizim qarşımızda ən mühüm vəzifə kimi qoyulub. Şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi və bu sahədə düzgünlüyə əməl olunması auditorların üzərinə düşür. Bu sahədə beynəlxalq təcrübənin öyrənilib ölkəmizdə tətbiqi çox mühümdür. Audit komitələri həm daxili, həm kənar auditin nəticələrinə, hesabatlılığın düzgün tərtibinə nəzarət edən qurumdur. 28 ölkədə aparılan tədqiqatlar göstərir ki, audit komitələrinin özləri müxtəlif qurumlar tərəfindən nəzarət olunur. Nəzarəti müxtəlif ölkələrdə bir sıra qurumlar həyata keçirir, 12 ölkədə isə audit komitələri nəzarət olunmur, tam müstəqil fəaliyyət göstərirlər. Bugünkü konfransın keçirilməsində məqsəd iqtisadi islahatların indiki mərhələsində hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində qabaqcıl korporativ idarəetmə metodlarının tətbiqi və yeni dövrün çağırışları nəzərə alınmaqla audit sistemini yenidən qurmaq məqsədilə audit komitələrinin təsirliliyini artırmaq, daxili audit qurumlarının fəaliyyətini gücləndirmək üzrə müvafiq müzakirələr aparmaq və mövcud problemlərin həllinə yönəlmiş tövsiyələrin hazırlanmasından ibarətdir. "Gələcəkdə bu kimi tədbirləri müntəzəm keçirməyimiz, problemlərimizi birgə müzakirə etməyimiz iqtisadiyyatımızın inkişafına, ölkəmizdə şəffaflığın artırılmasına mühüm töhfə verəcək", - deyə palata sədri vurğulayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, bizim əsas hədəfimiz dünya standartlarına yaxınlaşmaq, bank sektorunun tənzimlənməsi üzrə baza standartlarına keçiddir. Hazırda tətbiq olunan standart Baza 1 standartıdı. Bu standartın işlənilməsi üzərində biz həm beynəlxalq audit şirkətləri ilə əməkdaşlığımızı davam etdiririk. Baza Komitəsinə üzvlük üçün müraciət etmişik. Əsas tərəfdaşlarımız Dünya Bankı və Beynəlxalq Valyuta Fondudur.

Çıxış edənlər ölkəmizdə şəffaflığın artırılmasında, iqtisadiyyatın inkişafında auditin əhəmiyyətli rolundan danışıblar.

Konfransda Deloitte Oleq Şvırkovun "Müşahidə Şuralarının korporativ idarəetmədə artan rolu”, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən Tariyel Mirzəyevin, “Korporativ idarəetmə prinsiplərinin tətbiqi səviyyəsinin qiymətləndirilməsi”, Sərbəst auditor, Korrupsiyaya, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin sədri Üzeyir Fətiyevin “Daxili auditin korporativ idaretmədə rolu”, Azərbaycan Respublikası Auditorlar Palatası   sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovun "Təsərrüfat subyektlərində audit komitələrinin yaradılmasının  normativ-hüquqi əsasları” mövzularında məruzələri dinlənilib və müzakirələr aparılıb.

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur