MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Auditorlar Palatasında 21 iyun 2018-ci il tarixində yeni fəaliyyətə başlayan üzvlərə Praktiki seminar keçirilmişdir.

2018-06-21

Auditorlar Palatasında 21 iyun 2018-ci il tarixində yeni fəaliyyətə başlayan üzvlərə Praktiki seminar keçirilmişdir.

Auditorlar Palatası Şurasının 18 may 2018-ci il tarixli 300/5 saylı “Yeni fəaliəyyətə başlayan auditor təşkilatlarına və sərbəst auditorlara əməli köməklik göstərilməsi” barədə Qərarının 4-cü “Auditin təşkili və kadr hazırlığı idarəsinə (S.Gülməmmədov), Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Auditin keyfiyyətinə nəzarət şöbəsinə (Y.Namazəliyev), Standartlaşdırma və metodologiya üzrə komitənin sədri, “ANR AUDİT” MMC-nin direktoru N.Abbaslıya tapşırılsın ki, yeni fəaliyyətə başlayan auditor təşkilatlarına və sərbəst auditorlara hər rüb üzrə müvafiq qrafikdə qeyd edilən mövzulara dair seminarların keçirilməsini təmin etsinlər” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatasında 21 iyun 2018-ci il tarixində yeni fəaliyyətə başlayan üzvlərə Praktiki seminar keçirilmişdir.

Seminarda rəhbərlik edən Auditin keyfiyyətinə nəzarət şöbəsinin  müdiri Y.Namazəliyev tərəfindən “Keyfiyyətə nəzarətin aparılmasına dair”, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov və Standartlaşdırma və metodologiya üzrə komitənin sədri və “ANR AUDİT” MMC-nin direktoru N.Abbaslı tərəfindən “Beynəlxalq Audit Standartlarının tələblərinə riayət olunmasına dair” , Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəisi M.Abbasov tərəfindən isə “Haqsız rəqabət hallarına yol verilməməsinə dair” mövzularda çıxışlar eşidildi. Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur