MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

“Daxili auditin əsasları” üzrə tədris edilən növbəti təlimin sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

2018-04-10

“Daxili auditin əsasları” üzrə tədris edilən növbəti təlimin  sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

“Daxili auditin əsasları” üzrə tədris edilən növbəti təlimin

sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl olaraq həyata keçirilən tədbirlərin davamlı icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatasında beynəlxalq təcrübə əsasında daxili auditor kadrlarının hazırlanması məqsədilə növbəti “Daxili auditin əsasları” tədris kursu keçirilmişdir. Tədris Ali Audit Qurumlarının Beynəlxalq Sertifikatlı mütəxəssisi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin sədri, sərbəst auditor Üzeyir Fətiyev tərəfindən aparılmışdır.

Kurslarda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-ni, “Azərbaycan Dəmir Yolları” QSC-ni, “G & A Audit” MMC-ni, “KPMC Audit Azərbaycan” MMC-ni və “Caspian Consalting and Partners” MMC-ni  təmsil edən 10 nəfər nümayəndələri iştirak etmişdir. 2018-ci il 10 aprel tarixində Auditorlar Palatasında kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

Təqdimetmə mərasimində Ali Audit Qurumlarının Beynəlxalq Sertifikatlı mütəxəssisi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin sədri, sərbəst auditor Üzeyir Fətiyev və Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdir müavini Aytən Seyidəliyeva təlimi müvəffəqiyyətlə bitirmiş nümayəndələri təbrik edərək sertifikatlarını təqdim etmişlər.

 

   

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur