MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

“Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq” mövzusunda elmi-praktiki konfrans keçirilib.

2018-03-01

“Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq”  mövzusunda elmi-praktiki konfrans keçirilib.

“Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq” 

mövzusunda elmi-praktiki konfrans keçirilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti möhtərəm prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla davam etdirilir. Bu siyasət Azərbaycan Respublikasının dünya təsərrüfat sisteminə uğurla inteqrasiya etməsinə möhkəm zəmin yaratmışdır. Bunun nəticəsində ölkənin iqtisadi qüdrətinin daha da artırılması, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.

Ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda uğurla reallaşdırılan Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etməsi, ölkədə bir-birindən əzəmətli quruculuq planlarının, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, mühüm regional layihələrin reallaşmasında dövlətimizin etibarlı investor kimi iştirak etməsi, büdcə-maliyyə nəzarətinin düzgün təşkili, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin aparılması, maliyyə vəsaitlərindən səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilmişdir.

Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2018-ci il 28 fevral tarixində “Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfransın açılışında Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov iştirakçıları salamladılar və konfransın mövzusu ətrafında öz fikir və mülahizələrini şərh etdilər.

Konfransda çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini deyib. Qeyd edib ki, bu siyasət Azərbaycanın dünya təsərrüfat sisteminə uğurla inteqrasiya etməsinə möhkəm zəmin yaradıb. Bunun nəticəsində ölkənin iqtisadi qüdrətinin daha da artırılması, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Konfransın məqsədi ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar və şəffaflığın artırılması sahəsində görülən işlər ətrafında müzakirələr aparmaqdan ibarətdir. "Azərbaycan auditinin əldə etdiyi uğurlar, ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət etməsi auditin inkişafına güclü siyasi dəstəyin mövcudluğu ilə əlaqədardır", - deyə V.Novruzov diqqətə çatdırıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkəmizdə şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə, iqtisadiyyatın inkişafında auditin əhəmiyyətli rolundan danışıb.

Bundan əlavə konfransda “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi. Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru, Azərbaycan Respublikası Auditorlar Palatasının Şura üzvü İlqar Vəliyev, “Deloitte & Touche” MMC-nin direktoru, Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov, Azərbaycan Neft və Sənaye Universitetinin professoru Arif Hüseynov, Beynəlxalq Təlim və Layihə Mərkəzi” MMC-nin icraçı direktoru Tariyel Dövlətov, Azərbaycan Professional Maliyyə Menecerlər Assosiasiyasının (APFM) prezidenti Nuriyyə Novruzova, Etika və intizam komissiyasının sədri, Sərbəst auditor İbiş Əliyev, “Azel-Audit” MMC-nin direktoru Elzadə Süleymanova, Standartlaşdırma və metodologiya üzrə komitənin sədri, “ANR Audit” MMC-nin direktoru Namiq Abbaslı, Azərbaycan Respublikası Auditorlar Palatasının Şura üzvü, Sərbəst auditor Altay Cəfərov, Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov çıxış etdilər.

Tədbirin yekununda Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, Azərbaycanda uğurla həyata keçirməkdə olan Prezident  İlham Əliyevin iqtisadi siyasətinin həyatiliyi, alternativsizliyi göz önündədir. Son illərin təcrübəsi göstərir ki, Azərbaycanın seçdiyi siyasət uğurlu və düzgündür. Ümidvarıq ki, bu siyasət gələcəkdə də Azərbaycana böyük nailiyyətlər bəxş edəcəkdir.

Tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşları və üzvləri iştirak edib.

Sonda konfrans iştirakçıları adından 11 aprel 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə  bəyanat  qəbul edildi (Bəyanat əlavə olunur).  





   
   
   
   

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur