MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

“Daxili auditin əsasları” üzrə tədris edilən təlimin sertifikatların təqdim edilməsi

2018-01-05

“Daxili auditin əsasları” üzrə tədris edilən təlimin sertifikatların təqdim edilməsi

“Daxili auditin əsasları” üzrə tədris edilən təlimin sertifikatların təqdim edilməsi


Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl olaraq həyata keçirilən tədbirlərin davamlı icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatasında beynəlxalq təcrübə əsasında daxili auditor kadrlarının hazırlanması məqsədilə “Daxili auditin əsasları” tədris kursu keçirilmişdir. Tədris Ali Audit Qurumlarının Beynəlxalq Sertifikatlı mütəxəssisi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin sədri, sərbəst auditor Üzeyir Fətiyev tərəfindən aparılmışdır.

Kurslarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti  və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini, “Azərbaycan Dəmir Yolları” QSC-ni, “Azərişıq” ASC-ni, “Bakı Telefon Rabitəsi” MMC-ni  və Azərbaycan Universitetini təmsil edən 20 nəfər nümayəndələri iştirak etmişdir. 2018-ci il 05 yanvar tarixində Auditorlar Palatasında kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

Təqdimetmə mərasimində çıxış edən Auditorlar Palatasının sədri professor Vahid Novruzov iştirakçıları salamlayaraq, təlimi müvəffəqiyyətlə bitirmiş nümayəndələri təbrik etmişdir. V.Novruzov qeyd etmişdir ki, dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanda daxili auditin tətbiqi zərurəti ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər)» əksini tapmış, 2007-ci il 28 iyul tarixli  sərəncamla təsdiq edilmiş  “Şəffaflığın  artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»da isə daha da inkişaf etdirilmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş və 2007-ci il 22 may tarixdən «Daxili audit haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Beynəlxalq Daxili Auditorlar İnstitutu (The Institute of Internal Auditors - IIA) 1941-ci ildə daxili audit sahəsində məsləkdaşlardan ibarət kiçik bir qrup tərəfindən yaradılmışdır. Bu gün daxili audit sahəsində böyük nüfuza malik peşəkar assosiasiya olan və baş qərargahı ABŞ-ın Florida ştatında yerləşən IIA dünyanın 165 ölkəsindən çox üzvü özündə birləşdirir.

Son olaraq daxili auditin beynəlxalq təcrübə əsasında yaradılması və yayılmasında yüksək daxili auditorların mühüm rol oynadıqlarını qeyd etməklə yanaşı bu sahədə kadr hazırlığı işinin bundan sonra da davam etdirilməsi zərurəti vurğulanmışdır.

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur