MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Auditorlar Palatası və “Headstart İnternational” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı”nın təqdimat mərasimi keçirilmişdir

2017-11-30

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Auditorlar Palatası və “Headstart  İnternational” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı”nın təqdimat mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Auditorlar Palatası və “Headstart  İnternational” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı”nın təqdimat mərasimi keçirilmişdir

 

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim strategiyası və ona uyğun təlim Proqramı” hazırlanmışdır.

2017-ci ilin 30 noyabr tarixində “Park İnn” otelində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Auditorlar Palatası və “Headstart İnternational” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı”nın təqdimat mərasimi keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edəcək bu proqram çərçivəsində müvafiq dövlət qurumlarının, kommersiya təşkilatlarının, ictimai birliklərin, bankların, holdinqlərin və s. mütəxəssisləri üçün kursların keçirilməsindən ibarət olmuşdur.

Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq qonaqları salamladı və tədbirin əhəmiyyətindən danışdı. O qeyd etdi ki, məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edəcək bu proqram çərçivəsində müvafiq dövlət qurumlarının, kommersiya təşkilatlarının, ictimai birliklərin, bankların, holdinqlərin və sair mütəxəssisləri üçün kursların keçirilməsidir. V.Novruzov diqqətə çatdırdı ki, Auditorlar Palatası "Headstart International" Tədris Mərkəzi ilə sıx əməkdaşlıq edir və yaxın vaxtlarda biz birlikdə tədris kurslarına başlayacağıq.

Sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru  Asim Zülfüqarov proqramın əhəmiyyətindən danışdı və qeyd etdi ki, gələn ildən yeni mühasibatlıq standartlarına keçiləcəkdir. Bunun üçün beynəlxalq qurumlarla əməkdaşlıq edilir və maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üçün bir sıra addımlar atılır. Bunlardan biri “Nağdsız hesablaşmalar haqqında” Qanunun tam tətbiqidir. Bundan başqa, maliyyə sektorunun iştirakçıları korporativ idarəetmə standartlarına uyğun olaraq maliyyə hesabatlarını açıqlayırlar ki, bu da şəffaflığa xidmət edir.

"Headstart International" Təlim Mərkəzinin rəhbəri Seyid Əli bildirib ki, təmsil etdiyi qurum gələn ilin yanvarından Auditorlar Palatası və MBNP-nin nəzarəti altında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda təlimlər aparacaqdır. Sonra o Təlim Mərkəzinin fəaliyyətindən danışaraq qeyd etdi ki, 2010-cu ildən fəaliyyətə başlayan, müştərilərə maliyyə və mühasibatlıq, vergi uçotu, menecment və xarici dillər üzrə təlimlər təqdim edən "Headstart International" indiyədək Azərbaycanda 15 mindən çox tələbəyə təlim keçmişdir.

Çıxış edən digər natiqlər proqramın korrupsiyaya qarşı mübarizədə, eləcə də şəffaflığın artırılmasında önəmli rol oynayacağını diqqətə çatdırmışlar.

Sonra "Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı"nın təqdimatı olmuşdur.

Tədbirdə dövlət qurumlarının- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Dövlət Neft Fondunun, Mərkəzi Bankının, Hesablama Palatasının, Auditorlar Palatasının, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının,  o cümlədən, Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin nümayəndəsi, Konstitusiya Araşdırmalar Fondunun, kommersiya təşkilatlarının, ictimai birliklərin, bankların, holdinqlərin, təhsil müəssisələrinin, yerli və beynəlxalq audit şirkətlərinin və s. nümayəndələri iştirak etmişlər.



 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur