MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında Əməkdaşlıq Sazişi imzalanmışdır

2017-11-28

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan  Dövlət İqtisad Universiteti (UNEC) arasında Əməkdaşlıq Sazişi imzalanmışdır

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan

Dövlət İqtisad Universiteti (UNEC) arasında Əməkdaşlıq Sazişi imzalanmışdır

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə 2017-ci il 28 noyabr tarixində “Tələb işəgötürənlərdən – təklif UNEC-dən” konfrans keçirilmişdir.

Tədbirdə dövlət qurumlarının, o cümlədən, kommersiya təşkilatlarının, ictimai birliklərin, bankların, holdinqlərin, təhsil müəssisələrinin, sahibkarların, iş adamlarının, beynəlxalq audit şirkətlərinin və s. nümayəndələri iştirak etmişlər.

Konfransın sonunda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycan Bank Tədris Mərkəzi və  Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında Əməkdaşlıq Sazişləri imzalanmışdır.

 Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında imzalanmış Əməkdaşlıq Sazişinin məqsədi kadrların hazırlanması, yenidən hazırlanılması və ixtisaslarının artırılması, maliyyə, mühasibat uçotu və audit sahələrində elmi tədqiqatların aparılması, qarşılıqlı məsləhətləşmə və ekspertizaların həyata keçirilməsi, informasiya mübadiləsinin bərqərar edilməsi, regional və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi kimi əsas məqsədlərə nail olunmasından ibarət olmuşdur.

İnanırıq ki, hər iki qurum arasında imzalanmış Əməkdaşlıq Sazişi əlaqələrin daha da genişləndirilməsinə, maliyyə, iqtisadiyyat, mühasib uçotu və audit üzrə kadrların hazırlanmasına, elmi-metodik tədqiqatlar sahəsində qarşılıqlı münasibətlərin möhkəmləndilməsinə öz töhfəsini verəcəkdir.

Konfransda Azərbaycan Respublikasının Auditorlar Palatası “UNEC2B” Koordinasiya Şurasına üzv qəbul edilmişdir.

 

                                   

 

                                    

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur