MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Vyana şəhərində işgüzar səfərdə olmuşlar

2017-10-30

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti  Vyana şəhərində işgüzar səfərdə olmuşlar

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Vyana şəhərində işgüzar səfərdə olmuşlar

 

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti: Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, Sədrin Elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Sərbəst auditor Nazim Axundov Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzi (CFRR) tərəfindən Şərq tərəfdaşlığı ölkələri üçün “STAREP” Proqramı çərçivəsində 2017-ci il 24-25 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində “Mühasibat uçotu və auditin tənzimlənməsində irəliləyiş: qeyri-maliyyə hesabatlılığına dair müvafiq tələblərin yerinə yetirilməsinə riayət edilməsini daha səmərəli təmin etməklə onların yaxşılaşdırılması” mövzusunda keçirilən seminarda iştirak etmişlər.

10-dan çox ölkənin 60-a yaxın nümayəndələrinin iştirak etdiyi tədbirdə Auditorlar Palatasının sədri Vahid Novruzov “Azərbaycanda audit sahəsində nəzarət orqanlarının hesabatlılığı” mövzusunda təqdimat etdi və təqdimat ətrafında geniş müzakirələr aparıldı.

Tədbirdə “STAREP” və “REPARİS” proqramlarının birgə iclaslarının məqsəd və vəzifələri”, “Audit sahəsində nəzarət tələblərinin yerinə yetirilməsi və bununla əlaqədar gözləntilər: Hesabatlılığın təqdim olunması təcrübələrinin müqayisəsi”, “Nəzarət sahəsində əlaqələndirmənin təşviqi: Aİ-da audit haqqında yeni qanunvericiliyin effektiv və ardıcıl tətbiqi”, “Qeyri-maliyyə hesabatları vasitəsilə faydaların artırılması”, “Maliyyə sektorunun nəzarətedici orqanlarının digər nəzarətedici orqanlarla qarşılıqlı əlaqəsi”, “İctimai nəzarətin gücləndirilməsi yolları”, “Keyfiyyətə nəzarət: yoxlama proqramının qəbulu ilə əlaqədar Almaniya təcrübəsi” mövzularında çıxışlar edildi və geniş müzakirələr aparıldı.

Səfər müddətində Dünya Bankı kimi beynəlxalq maliyyə qurumunun və bir sıra ölkələrin, o cümlədən Almaniyanın, Belarusiyanın, Ukraynanın, Gürcüstanın, Serbiyanın, Albaniyanın təmsilşiləri ilə işgüzar görüşlər keçirilərək Azərbaycan Respublikasında iqtisadi islahatların aparılması, maliyyə hesabatlılığının və auditin inkişafı, eləcə də mühasibat uçotu və audit sahəsində əldə edilən uğurlar və həyata keçirilən tədbirlər barədə onlara geniş məlumat verilmiş və müvafiq materiallar ölkəmizdə tətbiq edilmək məqsədilə respublikamıza gətirilmişdir.

Səfər zamanı əldə edilən materiallar və nəticələr ilk növbədə Şərq Tərəfdaşlığı Ölkələrində Audit və Hesabatlılıq sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatımızın xüsusiyyətləri nəzərə alınmaqla Ölkəmizdə tətbiqi istiqamətində möhtərəm Prezidentimiz  tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında önəmli rol oynayacaqdır.

 

 
   

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur