MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2017-10-19

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2017-ci il 19 oktyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

 

1. “Azərbaycan Respublikasının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq” mövzusunda 2017-ci il 21-23 sentyabr tarixlərində keçirilmiş beynəlxalq elmi-praktik konfransın nəticələri barədə

2. Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2017-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanması

3. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikası Auditorlar Palatası haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə Fərman layihəsi və Auditorlar Palatasının əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi barədə

4. 2017-ci il üzrə iş planının 1.19-cu “Auditin təşkilinə dair xarici təcrübənin öyrənilməsi və tətbiqi” bəndinin icrası ilə əlaqədar hazırlanmış hesabat barədə

5. Auditorlar Palatasında mətbuat xidmətinin yaradılması və “İqtisadiyyat və audit” onlayn

6. Auditorlar Palatasına “Fəxri üzv” qəbul edilməsi barədə

7. Auditorlara müştəri və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi, verifikasiyasına dair metodik vəsait barədə 

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur