MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2017-ci ilin 11 oktyabr tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunmuşdur.

2017-10-11

Azərbaycan Respublikasının Auditorlar Palatasında  2017-ci ilin 11 oktyabr tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunmuşdur.

 

Azərbaycan Respublikasının Auditorlar Palatasında  2017-ci ilin 11 oktyabr tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunmuşdur.

“Dəyirmi masa”da  Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən « Auditorlara sifarişçi və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi, verifikasiyasına dair məlumat bazasının yaradılması üzrə metodik  göstəriş», «Sərbəst auditorlar üzrə auditor xidmətinin həcminin azalmasi səbəblərinin araşdirilmasi» barədə hesabat, Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəisi M.Abbasov «Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə bağlanacaq partnyorluq sazişinin  layihəsi», Kadr hazırlığı şöbəsinin müdiri – E.Behbudova tərəfindən «Azərbaycanda auditin müasir vəziyyəti və inkişaf istiqamətləri mövzusu üzrə Sorğu» layihəsi və Məhkəmələrlə iş və inzibati protokollar şöbəsinin müdiri – E.İbrahimov tərəfindən «Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikası Auditorlar Palatası haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə Fərman layihəsi və Auditorlar Palatasının əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi» kimi məsələlər məruzə olunmuşdur. Məruzələr ətrafında geniş müzakirələr aparılmış və layihələrə dair “dəyirmi masa” iştirakçıları tərəfindən konkret təkliflər verilmişdir.

Sonda irad və təkliflər nəzərə alınmaqla hər 5 sənəd bəyənilmiş və  bəzi məsələlər yenidən işlənib hazırlanmaqla Auditorlar Palatası Şurasının müzakirəsinə tövsiyyə edilmişdir.

"Dəyirmi masa"da həmçinin Auditorlar Palatasının fəaliyyətində mövcud olan digər aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.




 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur