MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Beynəlxalq Təlim və Layihə Mərkəzində sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.

2017-08-01

Beynəlxalq Təlim və Layihə Mərkəzində sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.

 

2017-ci il 27 iyul tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası və “Beynəlxalq Təlim və Layihə Mərkəzi” MMC-nin birgə təşkilatçılığı ilə “Peşəkar Mühasib və Vergi Mütəxəssisi Hazırlama” təlimi iştirakçılarına sertifikatların                                              təqdimetmə mərasimi keçirilmişdir.

Mərasimdə giriş sözü söyləyən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov ilk öncə təlim iştirakçılarını salamladı və imtahanları uğurla başa vurduqlarına görə onları təbrik etdi. Sonra o, hal-hazırda ölkədə hesabatlığın təkmilləşdirilməsi, maliyyə intizamının gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində aparılan islahatlarda beynəlxalq təcrübəyə və biliklərə malik kadrların hazırlanması işinin zəruriliyini xüsusi vurğulayaraq iştirakçıların diqqətinə bir daha Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi MMC arasında 2017-ci il 11 aprel tarixində imzalanmış Əməkdaşlıq Sazişinin məqsədini açıqlayaraq qeyd etdi ki, Beynəlxalq Mühasibat Standartlarının tədrisi ilə əlaqədar olaraq hər iki qurumun birgə fəaliyyəti ilə ölkə iqtisadiyyatının daha da yüksək sürətlə inkişaf etdirilməsi məqsədi ilə BMHS üzrə mütəxəssis hazırlığına birgə töhvə verməkdir. 

TədbirdəBeynəlxalq Təlim və Layihə Mərkəzi MMC-nin icraçı direktoru Tariyel Dövlətov çıxış edərək iştirkaçıları təbrik etdi və bildirdi ki, Mərkəzimizdə mütəmadi olaraq, Azərbaycan Respublikası Auditorlar Palatası ilə birgə maliyyə, mühasibatlıq və vergi sahəsi üzrə kadrların hazırlanması həyata keçirilir. T.Dövlətov belə bir kursların təşkili üçün daim dəstəklərini əsirgəməyən Auditorlar Palatasına və şəxsən professor Vahid Novruzova öz dərin təşəkkürünü bildirdi.

Sonda təlimi müvəffəqiyyətlə başa çatdırmış iştirakçılara sertifikatlar təqdim edildi və xatirə fotosu çəkilmişdir.

 


 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur