MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatasında “dəyirmi masa” təşkil olunmuşdur.

2017-07-25

Azərbaycan Respublikasının Auditorlar Palatasında  “dəyirmi masa” təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Auditorlar Palatasında  2017-ci ilin 25 iyul tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunmuşdur.

“Dəyirmi masa”da  Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən «Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair tələblər haqqında Qayda» layihəsi, Keyfiyyətə Nəzarət Komitəsinin sədri  V.Kərimov tərəfindən «Auditorun məcburi əvəzlənməsi praktikası» barədə layihə və Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri, sərbəst auditor Ü.Fətiyev tərəfindən «Auditor təşkilatlari və sərbəst auditorlar tərəfindən auditor xidmətləri dəyərinin tövsiyyə olunan minimum hədlərdən aşağı qiymətə bağlanmış audit müqavilələrinin tədqiqi üzrə Metodik göstəriş»in layihəsi məruzə olunmuşdur. Məruzələr ətrafında geniş müzakirələr aparıldı və layihələrə dair “dəyirmi masa” iştirakçıları tərəfindən konkret təkliflər verildi.

Sonda irad və təkliflər nəzərə alınmaqla hər 3 sənəd bəyənildi və Auditorlar Palatası Şurasının müzakirəsinə tövsiyyə edildi.

Dəyirmi Masada məcburi auditdən yayınmanın qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may  tarixli 1361 nömrəli  Fərmanından irəli gələn  məsələlərin həlli istiqamətində həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparıldı.  




 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur