MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2017-ci il 30 iyun tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Auditorlar Palatası və Latviya Mühasiblər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır.

2017-07-03

2017-ci il 30 iyun tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Auditorlar Palatası və Latviya Mühasiblər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır.

2017-ci il 30 iyun tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Auditorlar Palatası və Latviya Mühasiblər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır. 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il 4 aprel tarixində Auditorlar Palatasının fəaliyyətə başlamasının 20-ci ildönümü münasibətilə Palatanın kollektivinə və üzvlərinə göndərdiyi təbrik məktubunda qeyd etmişdir ki, “yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir”. 

Azərbaycan auditorları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli bu göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, beynəlxalq təcrübədən daha səmərəli bəhrələnmək üçün Azərbaycan Respublikasının Auditorlar Palatası 40-a yaxın xarici ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu siyahıya bu gündən Latviya Mühasiblər Assosiasiyası da daxil oldu.

Tədbirdə Auditorlar Palatasının sədri, i.e.d, professor Vahid Novruzov bildirdi ki, yeni tərəfdaşımız - Latviya Mühasiblər Assosiasiyası zəngin təcrübəyə malik olması Azərbaycan Respublikası Auditorlar Palatası üçün çox əhəmiyyətlidir. Assosiasiyanın Latviyada mühasibatlıq və audit sahəsində kadrların hazırlanması istiqamətində gördüyü işlər bizə yaxşı məlumdur. İmzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaqdır.

Latviya Mühasiblər Assosiasiyası sədri Andrejs Ponomarjovs mühasibatlığın vacib sahələrdən biri olduğunu söyləyərək qeyd etdi ki, bu gün mühasibatlıq sahəsi üzrə Avropada geniş islahatlar aparılmış və bu sahə demək olar ki, yenidən tənzimlənmişdir.

Andrejs Ponomarjovs əminliklə vurğulamışdır ki, Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Latviya Mühasiblər Assosiasiyası arasında əməkdaşlıq gələcəkdə bir ənənəyə çevriləcəkdir.

Tədbirdə iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmış, Azərbaycan və Latviya auditinin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları, maliyyə hesabatlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılmışdır.

Eyni zamanda, qonaqlara ölkəmizdə iqtisadi islahatların aparılması və maliyyə şəffaflığının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlar barədə məlumat verilmişdir.

Tədbirdə Latviya Mühasiblər Assosiasiyasının nümayəndə heyəti ilə birgə, Auditorlar Palatasının əməkdaşları, üzvləri və Fəxri üzvləri iştirak etmişlər.




 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur