MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2017-06-30

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2017-ci il 30 iyun tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

 

1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin qurulmasına və tətbiqinə dair metodik göstəriş barədə;

2. Audit sahəsində müsabiqə qaydaları və audit seçimi üzrə metodik göstəriş barədə;

3. Kənd təsərrüfatı kooperativlərində auditin aparılmasına dair təlimat barədə;

4. Auditorlar Palatası Şurasının 2015-ci il 25 noyabr tarixli 269/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Auditor xidməti sahəsində araşdırma və intizam tədbirləri sistemi”nə edilməsi nəzərdə tutulan dəyişikliklər barədə;

5. Cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim strategiyası və ona uyğun təlim proqramı barədə;

6. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Maliyyə Ekspertləri və Təftişçilərin Avrasiya İttifaqı (ЕГФЕР) arasında əməkdaşlıq sazişinin imzalanması barədə.

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur