MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri Lamiyə Bayramovanın Almaniya Federativ Respublikasının Berlin şəhərinə işgüzar səfərdə olmuşdur.

2017-06-22

Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında  Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri  Lamiyə Bayramovanın Almaniya Federativ Respublikasının  Berlin şəhərinə işgüzar səfərdə olmuşdur.

Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında  Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri  Lamiyə Bayramovanın Almaniya Federativ Respublikasının  Berlin şəhərinə işgüzar səfərdə olmuşdur.

Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr üzrə Komitəsinin Sədri, Avropa Mühasiblər və Auditorlar Federasiyasının ( EFAA) Direktorlar Şurasının üzvü, “L.B. Audit Xidməti” MMC-nin direktoru Lamiyə Bayramova EFAA-nın prezidenti Bodo Riçartın 2017-ci il mart tarixli dəvət məktubuna və Auditorlar Palatasının Sədri Vahid Novruzovun 2017-ci il 30 may tarixli K-37 saylı əmrinə əsasən 7,8,9 iyun tarixlərində Almaniya Federativ Respublikasının Berlin şəhərində EFAA-nın  İdarə Heyətinin iclasında, İllik Beynəlxalq Konfransında və İllik Ümumi İclasında  iştirak etmişdir.

Beynəlxalq konfransda  bir çox  ölkədən nümayəndələr iştirak edirdi.

EFAA “Rəqəmsal Peşənin İnkişafı” mövzusunda Beynəlxalq Konfransı Berlin şəhərində həyata keçirdi. Konfransda EFAA-nın prezidenti Bodo Riçart, ACCA Texnologiya Departamentinin  Rəhbəri Narayanan Vaidyanathan, Avropa Birliyinin Eksperti Dimitra Liveri, Vyana Universitetinin Professoru Dimitris Karagiannis, Hindistan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun Şura Üzvü M P Vijay Kumar, Martin De Bie və digər ekspertlərin mühazirələri dinlənildi və müzakirə edildi.

Konfransda “Müvafiq Rəqəmsal İnkişaflar”, “Rəqəmsal Zamanda Biznes və Cəmiyyət”, “Rəqəmsal Peşə” mövzularını əhatə edən mülahizələr dinlənildi və daha ətraflı müzakirələr aparıldı.

EFAA-nın Direktorlar Şurasının iclasında isə maliyyə hesabatı, vergilər, 2016-2017-ci illər üzrə fəaliyyət planın həyata keçirilməsi, EFAA-dakı reformlar, üzvlük haqqı ilə bağlı reformlar, EFAA-nın yeni nizamnamə layihəsi, gələcək tədbirlər və s. mövzulara dair müzakirələr aparıldı. 

EFAA-nın İllik Ümumi İclasında prezident Bodo Riçartın İllik Hesabatının və 2016-cı ilin İllik Maliyyə Hesabatlarının dinlənilməsi, Belçika Mühasiblər və Vergi Məsləhətçiləri İnstitutunun yeni üzvlüyə qəbul edilməsi, 2017-2018-ci illər fəaliyyət planı, üzvlük haqlarının müzakirəsi, 2018-ci ilin büdcəsinə dair  və s. məsələlərlə bağlı müzakirələrin aparılmasına yer verildi. 



                                     

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur