MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2017-ci il 19 may tarixində Auditorlar Palatasının üzvü, “BAKER TİLLY AUDİT AZƏRBAYCAN” MMC-nin fəaliyyətə başlamasının 10 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

2017-05-19

2017-ci il 19 may tarixində Auditorlar Palatasının üzvü, “BAKER TİLLY AUDİT AZƏRBAYCAN” MMC-nin fəaliyyətə başlamasının 10 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

2017-ci il 19 may tarixində Auditorlar Palatasının üzvü, “BAKER TİLLY AUDİT AZƏRBAYCAN” MMC-nin fəaliyyətə başlamasının 10 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi və üzvləri adından “Baker Tilly Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətə başlamasının 10 illik yubileyi münasibətilə Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi.

O qeyd etdi ki, Ümummilli liderimizin uzaqgörən müdrik siyasətinə əsaslanaraq, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən cəmiyyət həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyatda aparılan əzəmətli quruculuq işləri hər gün yeniləşən, sürətlə inkişaf edən Azərbaycana həm neft, həm də qeyri-neft sahəsində fəaliyyət göstərən xarici şirkətlərin marağı artmışdır. “Baker Tilly Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyəti daim öz müştərilərinin yanında olmuş, onları hər zaman dəstəkləmiş və bu səbəbdən xarici şirkətlərlə birgə Azərbaycanda fəaliyyətinin miqyaslarını kifayət qədər genişləndirmişdir.

“Baker Tilly Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyəti gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda fəaliyyət göstərən 4-cü ən böyük audit və biznes xidməti şirkətidir.

Şirkətin təcrübəli mütəxəssisləri yerli və beynəlxalq mühasibat uçotu, xüsusilə CPA (ABŞ-ın Diplomlu İctimai Mühasibləri) və ACCA (Yüksək İxtisaslı Lisenziyalı Mühasiblər Assosiasiyası) lisenziyalarına sahibdir.

Şirkət Azərbaycanda yaranan beynəlxalq firmalar şəbəkəsi olmaqla yanaşı, üzv olduğu beynəlxalq təşkilatlar və tərəfdaşlıq etdiyi ölkələrin audit və mühasibatlıq qurumları ilə ikitərəfli əlaqələrin qurulması istiqamətində mühüm işlər görərək uğurlar əldə etmişdir.

Şirkətin əməkdaşları öz peşə və bilik səviyyəsini daim artırmaqla yanaşı, eyni zamanda beynəlxalq konfranslarda, simpoziumlarda, forumlarda, seminarlarda və s. fəal iştirak edirlər.

Şirkət iqtisadiyyatın müxtəlif sektorları (Kənd təsərrüfatı, bankçılıq, Maliyyə sektoru, İstehsalat, Daşınmaz əmlak və tikinti, Telekommunikasiya və İT, Maşınqayırma, Enerji və təbii sərvətlər, Qida və içki, Qeyri-kommersiya, Pərakəndə ticarət, Turizm və qonaqpərvərlik) üzrə audit və məsləhət xidmətləri göstərir.

Şirkət Auditorlar Palatasına 2015-ci il üzrə təqdim etdiyi hesabat göstəricisinə əsasən reytinq cədvəlində II, 2016-cı il üzrə isə göstəricilərini daha da artaraq I yerə layiq görülmüşdür.

Şirkətin əməkdaşları Auditorlar Palatasının ictimai həyatında (Komitələrdə, iclaslarda, tədbirlərdə və s.) iştirak edir və xüsusən, Auditorlar Palatasının keçirdiyi beynəlxalq tədbirlərə daim sponsorluq edir.

Tədbirdə Auditorlar Palatasının Şura üzvləri, struktur bölmələrinin rəhbərləri  iştirak etdilər. 

Sonda “Baker Tilly Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyətinə hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu və xatirə şəkili çəkildi.

   

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur