MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycanın nümayəndə heyəti Kiyev şəhərində işgüzar səfərdə olmuşlar

2017-05-01

Azərbaycanın nümayəndə heyəti Kiyev şəhərində işgüzar səfərdə olmuşlar

                                                                      

Azərbaycanın nümayəndə heyəti Kiyev şəhərində işgüzar səfərdə olmuşlar

    Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti (Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, “ANR AUDİT” MMC-nin direktor-auditoru Namiq Abbaslı) Dünya Bankının Maliyyə  Hesabatı İslahatlar Mərkəzinin  (CFRR) təşkilatçılığı ilə 2017-ci ilin 26-27 aprel tarixlərində Ukrayna  Respublikasının paytaxtı Kiyev şəhərində «Maliyyə hesabatlarının əhəmiyyətliliyinin təmin edilməsi: diqqət mərkəzində – mikro, kiçik  və orta müəssisələrdir» mövzusunda keçirilən seminarda iştirak etmişlər.

    Tədbirdə Auditorlar Palatasının nümayəndələri ilə yanaşı Maliyyə nazirliyinin Uçot siyasəti şöbəsinin müdür müavini Ramiz Qarayev, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının  Sertifikatlaşdırma üzrə Direktoru Gulnar Hacıyeva  və Maliyyə nazirliyinin  Maliyyə və Elmi Tədris Mərkəzinin Departament rəhbəri  Gülşən Orucova iştirak etmişlər.

Şərq Tərəfdaşlığı ölkələrində Audit və Hesabatlılığın gücləndirilməsi (STAREP) proqramı çərçivəsində 50-yə yaxın nümayəndələrin iştirak etdiyi tədbirdə Ictimai Əhəmiyyətli Qurumlardan (İƏQ) başqa digər  subyektlərdə  mühasibat uçotu  standartlarının müəyyən olunması və qəbul edilməsi, mikro, kiçik və orta müəssisələrin  maliyyə hesabatlarına və  məlumatların açıqlanmasına  dair tələblər, İƏQ-dan başqa digər subyektlərin əsas vəsaitlərinin və maliyyə alətlərinin  qiymətləndirilməsinin alternativ əsasları, İƏQ-dan başqa digər subyektlərin konsolidə olunmuş maliyyə hesabatlarına dair tələblər və onların praktiki tətbiqi, korporativ maliyyə hesabatları  ilə vergi hesabatlılığı arasında əlaqələrin  təmin edilməsi, İƏQ-dan başqa digər mikro, kiçik və orta müəssisələrin maliyyə hesabatlarına Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Beynəlxalq Audit Standartlarının tətbiqi problemləri məsələləri müzakirə edilmişdir.

Nümayəndə heyətimiz seminar  iştirakçılarına Azərbaycan Respublikasında  iqtisadi islahatların aparılması, maliyyə  hesabatlılığının və auditin inkişafı, eləcə də mühasibat  uçotu və audit sahələrində  əldə edilən uğurlar və  həyata keçiriləcək islahatlar barədə geniş  məlumat verilmişdir.

Səfər zamanı əldə  edilmiş  nəticələr, ilk  növbədə,  Şərq Tərəfdaşlığı Ölkələrində Audit və Hesabatlılığın möhkəmləndirilməsi sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın  xüsusiyyətləri nəzərə alınmaqla, ölkəmizdə tətbiqini genişləndirməyin zəruriliyi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş  vəzifələrin icrasında önəmli  rol oynayacaqdır.
 

 

                                        

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur