MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri Lamiyə Bayramovanın Belçika Respublikasına işgüzar səfərdə olmuşdur

2017-04-17

Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri Lamiyə Bayramovanın Belçika Respublikasına işgüzar səfərdə olmuşdur

Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr

üzrə Komitəsinin sədri Lamiyə Bayramovanın Belçika Respublikasına işgüzar

səfərdə olmuşdur

Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr üzrə Komitəsinin Sədri, Avropa Mühasiblər və Auditorlar Federasiyasının ( EFAA) Direktorlar Şurasının üzvü, “L.B. Audit Xidməti” MMC-nin deirektoru Lamiyə Bayramova EFAA-nın prezidenti Bodo Riçartın 2017-ci il yanvar tarixli dəvət məktubuna və Auditorlar Palatasının Sədri Vahid Novruzovun 2017-ci il 14 mart tarixli K-19 saylı əmrinə əsasən 28-29 mart tarixlərində Belçika Respublikasının paytaxtı Brüssel şəhərində EFAA-nın  İdarə Heyətinin iclasında və “The Trickle Down Effect (Damlama Təsiri)” : BMHS (IFRS) və Kiçik və Orta olçülü Müəssisələr üçün muhasibatlıq metodları” mövzusunda keçirilən Dəyirmi Masa iclasında iştirak etdim.

Dəyirmi Masa iclasında  bir çox  ölkədən nümayəndələr iştirak edirdi.

EFAA “Damlama Təsiri” mövzusunda Dəyirmi Masa iclasını Brüsseldə həyata keçirdi. Iclasda ACCA Korporativ Hesabatlıq Rəhbəri və EFAA-nın Mühasibatlıq Expert Qrupunun Sədri Richard Martin və EFAA Məsləhətçisi Marie Lang tərəfindən hazırlanan “Damlama Təsiri” (İFRS) BMHS və Kiçik və Orta ölçülü müəssisələr üçün  mühasibatlıq metodları” mövzusunda hazırlanan hesabat müzakirə edildi. Almaniya, Hollandiya, Portuqaliya, İspaniya, İngiltərə nümünələrinin yer aldıgı hesabat müzakirələri Avropa Komissiyasının nümayəndələrini də təmsil olunduğu ekspert qrupunun iştirakı ilə baş tutdu.

“Damlama Təsiri” mövzulu hesabatda standartların əhatə etmədiyi sahələrə aid edilməsi gərəkən məsələlərə yer verilmişdi. Kiçik və Orta ölçülü Müəssisələr üçün üyğun olmayan standartlar mövzusunda, həmçinin Kiçik və Orta ölçülü Müəssisələrin istifadə etməsi gərəkən metodlar üzərində dayanılaraq daha ətraflı müzakirələr aparıldı.

Beləki, Kiçik və Orta Sahibkarlıq subyektləri Avropa İqtisadiyyatının əsasını təşkil etməklə yüksək strateji əhəmiyyətə malikdir. Kiçik və Orta Sahibkarlıq subyektləri üzrə 2015-2016-cı illər üzrə Avropa Komissiyasının illik hesabatında qeyd olunur ki, kiçik-Orta Sahibkarlıq subyektləri EU 28 –in  üçdə ikisini təmin edir, məşğulluğun qeyri-maliyyə sektoruna 60 % - dən biraz az dəyər əlavə edir. Baxmayaraq ki, Avropa Beynəlxalq Mühasibat və Audit Standartları və qaydaları iri kampaniyaların ehtiyac və vəziyətlərindən istiqamətlənib. Avropada kiçik və orta ölçülü müəssisələrin mühasibat tələbləri Avropa Mühasibatlıq Direktivlərinə əsaslanır. Bu Direktiv isə milli (GAAP)-nın tələblərini ödəyir. Direktivdə konkret vəziyyətlər nəzərdə tutulmasada milli tələblər (GAAP) daim inkişafdadır və İFRS-ın (Beynəlxalq Maliyyə Hesabatları Standartları) bəyannatlarına uyğunlaşır ve bununla da EFFA-ın Mühasibat Ekspert qrupu bu tədbirdə kiçik və orta sahibkarlıq subyektlərinin mühasibatlıq tələblərinə İFRS-ın təsirlərini təhlil edir.

EFAA-nın Direktorlar Şurasının iclasında isə maliyyə hesabatı, vergilər, 2016-2017-ci illər üzrə fəaliyyət planın həyata keçirilməsi, EFAA-dakı reformlar, üzvlük haqqı ilə bağlı reformlar, EFAA-nın yeni nizamnamə layihəsi, gələcək tədbirlər və s. mövzulara dair müzakirələr aparıldı.  

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur