MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatasında “Yenilənmiş Beynəlxalq Audit Standartlarına müvafiq auditor hesabatlarının və rəylərinin hazırlanması” mövzusunda seminar keçirilmişdir

2017-01-17

Azərbaycan Respublikasının Auditorlar Palatasında “Yenilənmiş Beynəlxalq Audit Standartlarına müvafiq auditor hesabatlarının və rəylərinin hazırlanması” mövzusunda seminar keçirilmişdir

Azərbaycan Respublikasının Auditorlar Palatasında “Yenilənmiş Beynəlxalq Audit Standartlarına müvafiq auditor hesabatlarının və rəylərinin hazırlanması” mövzusunda seminar keçirilmişdir

 

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2017-ci ilin 17 yanvar tarixində “Yenilənmiş BAS-na müvafiq auditor hesabatlarının və rəylərinin hazırlanması” mövzusunda seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə Palata Aparatının rəhbəri Qəşəm Bayramov açmışdır. 

Seminarda Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurası (İAASB)  tərəfindən 2016-cı ilin maliyyə hesabatlarının auditi zamanı yeni tərtib edilmiş 701 saylı "Müstəqil auditor hesabatında əsas audit məsələləri haqqında məlumat vermə", yenilənmiş 260 saylı "İdarəetməyə məsul şəxslərlə əlaqə", 570 saylı  "Müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalı", 700 saylı " Maliyyə hesabatları haqqında rəyin formalaıdırılması və hesabat verilməsi", 705 saylı " Müstəqil auditorun hesabatındakı rəyə edilən dəyişikliklər", 706 saylı " Müstəqil auditorun hesabatında izahedici paraqrafı və digər məsələlər paraqrafı", 720 saylı Auditu aparılmış maliyyə hesabatlarını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə  auditorun məsuliyyəti" Beynəlxalq Audit Standartları barədə auditorlara  sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov məruzə etmişdir.

Həmin tarixdə Palatada bir sıra auditor təşkilatlarının nümayəndələrinin və sərbəst auditorların iştirakı ilə “Dempinq və haqsız rəqabətə qarşı mübarizəyə dair tədbirlər  sistemi" mövzusunda Dəyirmi masa keçirilmişdir. Dəyirmi masada auditor xidməti bazarında haqsız rəqabət və dempinq hallarının aşkar edilməsi və onlara qarşı mübarizə aparılmasına dəstək verilməsi məqsədi ilə hazırlanmış və auditor seçiminin təşkili və müsabiqələrinin aparılması, habelə aparılmış auditlərin keyfiyyətinə Auditorlar Palatası tərəfindən kənar nəzarət zamanı tətbiq edilmək üçün nəzərdə tutulmuş metodik sənəd müzakirə olunmuşdur.

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur