MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Monteneqro Respublikasının paytaxtı Podqoresta və Belarus Respublikasının paytaxtı Minsk şəhərlərində işgüzar səfərdə olmuşlar

2016-10-12

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Monteneqro Respublikasının paytaxtı Podqoresta və Belarus Respublikasının paytaxtı Minsk şəhərlərində işgüzar səfərdə olmuşlar

 

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Monteneqro Respublikasının paytaxtı Podqoresta və Belarus Respublikasının paytaxtı Minsk şəhərlərində işgüzar səfərdə olmuşlar

 

  Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti  05-07 oktyabr tarixlərində Monteneqro Respublikasının paytaxtı Podqoresta şəhərində Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun fəaliyyətə başlamasının 60 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə, 09-12 oktyabr tarixlərində isə Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı ilə Belarus Respublikasının paytaxtı Minsk şəhərində “Daha məsuliyyətli və şəffaf iqtisadiyyat üçün auditin keyfiyyətinin gücləndirilməsi” mövzusunda  keçirilən seminarda iştirak etmişlər. 

  Auditorlar Palatasının sədri V. Novruzov Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun 60 illik yubiley  tədbirində təbrik nitqi ilə çıxış etdi və onlar İnstitutun xatirə diplomunu Azərbaycan Respublikasının Auditorlar Palatasına və şəxsən  ona  təqdim etdilər.

  Yubiley tədbirində iştirak edən xarici  ölkələrin nümayəndələrini Monteneqro Respublikasının prezidenti cənab Filip Vuyanoviç qəbul etdi  və tədbir iştirakçıları adından  V.Novruzov çıxış etdi və ölkələrimiz arasında mövcud olan əlaqələrimiz və əməkdaşlığımız barədə məlumat verdi.

  Monteneqro Respublikasının Prezidenti cənab Filip Vuyanoviç öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yaxın dostluq münasibətlərinin olduğunu qeyd etdi.

  Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Daha məsuliyyətli və şəffaf iqtisadiyyat üçün auditin keyfiyyətinin gücləndirilməsi” mövzusunda  keçirilən 9 ölkənin 50-dən çox nümayəndəsinin iştirak etdiyi  seminarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda şəffaflığın təmin olunması, auditin əhatə dairəsinin genişləndirilməsi və təsirliliyinin gücləndirilməsi ilə əlaqədar ölkəmizdə son zamanlar aparılan iqtisadi islahatlar barəsində tədbir iştirakçılarına nümayəndə heyətimiz tərəfindən geniş məlumat verildi.

  Eyni zamanda ölkəmizdə auditin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar bir sıra normativ sənədlər və materiallar əldə olunaraq tətbiq üçün gətirilmişdir.

 

 

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur