MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatasında “Korrupsiya ilə mübarizədə və şəffaflığın artırılmasında auditorların qarşısında duran vəzifələr” mövzusunda 2016-cı il 28 iyun tarixində dəyirmi masa keçirilmişdir.

2016-06-28

Azərbaycan Respublikasının Auditorlar Palatasında “Korrupsiya ilə mübarizədə və şəffaflığın artırılmasında auditorların qarşısında duran vəzifələr” mövzusunda 2016-cı il 28 iyun tarixində  dəyirmi masa keçirilmişdir.

Azərbaycan Respublikasının Auditorlar Palatasının təşkilatçılığı ilə ölkəmizdə həyata keçirilən islahatlara dəstək məqsədilə 2016-cı ilin iyun ayının 28-də “Korrupsiya ilə mübarizədə və şəffaflığın artırılmasında auditorların qarşısında duran vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
 

“Dəyirmi masa”nın keçirilməsinin məqsədi şəffaflığın artırılmasına və korrupsiyaya qarşı mübarizə işinə dəstək verməkdən, auditor xidmətini tənzimləyən normativ hüquqi aktların və digər qanunvericilik aktlarının müddəalarına uyğun olaraq, təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığın təmin olunması, qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə işinə yardım göstərməkdən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən auditorlar tərəfindən ölkəmizin qanunvericilik aktlarına, beynəlxalq audit standartlarına, “Peşəkar Mühasiblərin Etikası Məcəlləsi”nə uyğun olaraq peşə etikası qayda və normalarına riayət edilməsinə, auditor xidmətlərinin göstərilməsi zamanı yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditor xidməti göstərən şəxslər qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinin düzgün istiqamətləndirilməsinə nail olmaqdan və korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin daha səmərəli və təsirli qurulması üçün tədbirlərin təşviq edilməsi və gücləndirilməsindən ibarət olmuşdur.

Tədbirdə Auditorlar Palatası tərəfindən hazırlanmış “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair Metodik tövsiyələr”in, “Korrupsiyaya qarşı mübarizədə auditin təşkili üzrə Metodik göstəriş”in layihələrinin və «Firmaların fırıldaqçılıq riskinin auditorlar tərəfindən qiymətləndirilməsinə dair audit sistemində aparılmış sorğu»nun təqdimatı olmuşdur.

 “Dəyirmi masa”nın işində Auditorlar Palatasının, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyasının, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar Üzrə Köməkçisinin, Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Azərbaycan Respublikasinin Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Hesablama Palatasının, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, “Azərbaycanda Korrupsiya ilə Mübarizə və onun qarşısının alınması sahəsində Bacarıqların Artırılması” Layihəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “Şəffaflıq Azərbaycan” Təşkilatının, “Konstitusiya” Araşdırmalar Fondunun, Daxili Auditorların “Audit - Azərbaycan” Institutunun, auditor təşkilatlarının nümayəndələri, sərbəst auditorlar iştirak  etmiş və təqdimatlarla bağlı çıxış etmişlər. 

 

 

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur