MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Kişinyov şəhərində rəsmi səfərdə olmuşlar

2016-06-20

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Kişinyov şəhərində rəsmi səfərdə olmuşlar

 

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Kişinyov şəhərində rəsmi səfərdə olmuşlar

 

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Aparatın rəhbəri Qəşəm Bayramov Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının (ACAP) dəvəti ilə 2016-cı il 16-17 iyun tarixlərində Moldova Respublikasının  paytaxtı Kişinyov şəhərində  ACAP-ın 20 illik  yubileyinə həsr olunmuş tədbirlərdə və 10-dan sox ölkənin nümayəndələrinin qatıldığı «Mühasibat uçotu və audit peşəsinin problemləri və imkanları: dünya təcrübəsi və  həlli yolları» mövzusunda  keçirilən beynəlxalq  konfransda  iştirak etmişlər.

Auditorlar Palatasının sədri Vahid Novruzov yubiley tədbirində məzurə ilə çıxış  edərək Moldova Peşəkar  Mühasibəlr və Auditorlar  Assosiasiyasının rəhbərliyini, əməkdaşlarını  və üzvlərini 20 illik yubiley münasibətilə  təbrik etdi və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, Azərbaycan auditinə göstərdiyi böyük diqqət və  qayğının təzahürü kimi  Auditorlar Palatasının bir qrup üzvünün «Tərəqqi» medalı ilə  təltif olunması və  Prezidentin Palataya təbrik məktubu ünvanlaması  tədbir iştirakçıları tərəfindən böyük maraqla  qarşılandı.

V.Novruzov çıxışında böhran illərində  auditin imkanları, müasir şəraitdə auditə  ictimai etimadın gücləndirilməsinin zəruriliyi, maliyyə hesabatlarında şəffaflığın artırılmasında auditin vəzifələri, Azərbaycan Respublikasında maliyyə  nəzarətinin təkmilləşdirilməsi və inkişafı üzrə təkliflər, auditin növlərinin yeni şəraitə uyğun inkişafının zəruriliyi barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Onun çıxışı ətrafında geniş müzakirələr aparıldı.

Səfər zamanı xarici ölkələrin nümayəndə heyətləri ilə təşkilatlarımız arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi apardıq.

 

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur