MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasi Auditorlar Palatasinin nümayəndə heyəti Vyana şəhərində işgüzar səfərdə olmuşdur

2016-05-03

Azərbaycan Respublikasi Auditorlar Palatasinin nümayəndə heyəti Vyana şəhərində işgüzar səfərdə olmuşdur

 

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ VYANA ŞƏHƏRİNDƏ İŞGÜZAR SƏFƏRDƏ OLMUŞDUR

 

Dünya Bankının dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Aparatının rəhbəri Qəşəm  Bayramov 2016-cı il 26-28 aprel tarixlərində Avstriyanın Vyana şəhərində Avropa və Mərkəzi Asiya regionlarından 19 ölkədən 250-yə yaxın  yüksək rütbəli hökumət rəsmiləri, tənzimləyicilər və mütəxəssislər üçün keçirilən seminarda, nazirlər konfransında və Peşəkar Mühasiblər Təşkilatları  Regional Forumunda  iştirak etmişlər.

Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzi (CFRR) tərəfindən təşkil edilmiş bu  tədbirin məqsədi  investisiya və davamlı iqtisadi artımın təmin edilməsinə kömək edə biləcək maliyyə hesabatı sistemlərinin inkişafına  dəstək göstərilməsidir. «Maliyyə məlumatları: inkişafı sürətləndirmənin əsas amili kimi» mövzusunda  keçirilən bu seminar Audit və Hesabatlığın Gücləndirilməsi sahəsində bir çox ümumi məqsədlərdə, prioritetlərdə  və çağırışlarda məsul olan yüksək vəzifəli məmurları  bir araya gətirmişdir. İştirakçılar proqram qrupları daxilində audit və mühasibat uçotu sahəsində ən son təşəbbüslərin təcrübə mübadiləsini aparmışlar.

Konfransda iştirak edən  maliyyə informasiyasının müxtəlif istifadəçiləri – investorlar, maliyyəçilər, kreditorlar və tənzimləyicilər maliyyə  informasiyasının  keyfiyyətinin, etibarlılığının və  mövcudluğunun onların kapital investisiya qərarlarına  necə təsir göstərəcəyini və şəffaflığa verdiyi töhfələrini müzakirə etmişlər.

Tədbir zamanı kiçik və orta müəssisələrin auditində IFAC-ın Beynəlxalq audit standartlarının tətbiqi ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.

Auditorlar Palatasının sədri Vahid Novruzov yüksək vəzifəli məmurların «Maliyyə məlumatları: inkişafı sürətləndirmənin əsas amili kimi» mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar, struktur dəyişiklikləri və hesabatlılığın və şəffaflığın gücləndirilməsi istiqamətində  görülən işlər barədə geniş məlumat vermişdir.

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur