MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2016-cı il 20 aprel tarixində Auditorlar Palatasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 aprel tarixli 1934 nömrəli “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamına uyğun olaraq medalların təqdimetmə mərasimi keçirilmişdir

2016-04-20

2016-cı il 20 aprel tarixində Auditorlar Palatasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 aprel tarixli 1934 nömrəli “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında”  Sərəncamına uyğun olaraq medalların təqdimetmə mərasimi keçirilmişdir

2016-cı il 20 aprel tarixində Auditorlar Palatasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 aprel tarixli 1934 nömrəli “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında”  Sərəncamına uyğun olaraq medalların təqdimetmə mərasimi keçirilmişdir

 

         2016-cı il 20 aprel tarixində Auditorlar Palatasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 aprel tarixli 1934 nömrəli “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında”  Sərəncamına uyğun olaraq medalların təqdimetmə mərasimi keçirilmişdir.

         Mərasimi giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq ölkə auditorları adından Auditorlar Palatasının yaradılmasının 20 illik yubileyi münasibətilə Palatanın kollektivinə və üzvlərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən ünvanlanmış təbrik məktubuna və “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2016-cı il 4 aprel tarixli 1934 nömrəli Sərəncamı ilə Palatanın 13 üzvünün təltif edilməsi ilə əlaqədar ölkə Prezidentinə minnətdarlığını bildirdi. Eyni zamanda qeyd etdi ki, ölkə Prezidenti tərəfindən Auditorlar Palatasının yaradılmasının 20 illik yubileyi ilə əlaqədar imzalanmış təbrik məktubu və təltif barədə Sərəncamı Auditorlar Palatasının əməkdaşları və üzvləri qarşısında məsul vəzifələr qoymuşdur. Bundan sonra ölkə auditorları şəffaflığın artırılmasında və iqtisadiyyatın inkişafında sahibkarlığa daha geniş rəvac verilməsində öz məsuliyyətlərini daha dərindən dərk etməli və tədbirlər sistemi işləyib hazırlamalıdırlar. Başqa sözlə ölkə Prezidentinin təbrik məktubunda göstərildiyi kimi Azərbaycanda auditor xidməti yenidən qurulmalıdır.

        Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov ölkə auditorlarını Palatanın yaradılmasının 20 illik yubileyi münasibətilə təbrik etdi və yeni iqtisadi maliyyə şəraitində auditor xidmətinin vəzifələrini açıqlayaraq Auditorlar Palatası qarşısında duran problemlərin həllinin vacibliyini qeyd etdi.

Sonra ölkə Prezidentinin Sərəncamı ilə təltif edilmiş aşağıdakı 13 nəfərə medallar təqdim edildi:

  1.   Abbasov Maarif Qurban oğlu
  2.   Abbaslı Namiq Rasim oğlu
  3.   Aqeyeva Yelena Yevgenyevna
  4.   Bağırov Əlimuxtar Balağa oğlu
  5.   Cəfərov Altay Mürsəl oğlu
  6.   Əliyev İbiş Müseyib oğlu
  7.   Əliyev Fuad Eyyub oğlu
  8.   Gülməmmədov Səbuhi Yediyar oğlu
  9.    Rəhimova Nigar Məmməd qızı

      10. Rəhimov Vəli Rəhim oğlu

      11. Soltanov Qulu Mehbalı oğlu

      12. Talıbov Nəcəf Musa oğlu

      13. Vəliyev İlqar Əflatun oğlu

 

        Tədbirdə Auditorlar Palatasının yaradılmasının 20 illik yubileyi  münasibətilə uzun müddət əmək fəaliyyətinə və auditin inkişafına verdiyi töhfələrinə görə Palatanın bir qrup aşağıdakı üzvlərinə və əməkdaşlarına “Fəxri auditor” döş nişanı və “Fəxri fərman”lar təqdim edildi:

“Fəxri auditor” döş nişanı:

 

  1. Məmmədov Şahbaz Müseyib oğlu
  2. Kərimov Natiq İmran oğlu
  3. Cəbiyev Hüseyn Kommuna oğlu
  4. Bayramova Lamiyə Qəşəm qızı
  5. Alıyev Köçəri Əmrah oğlu
  6. Bayramov Vəli Oruc oğlu
  7. İsayev Telman Mabud oğlu
  8. Hacıəzizov İlham İsfəndiyar oğlu
  9. Quliyev Xanbaba Ağamoğlan oğlu

“Fəxri fərman”:

 

  1. Səttarov Muxtar Nadir oğlu
  2. Rüstəmov Rasim Cahangir oğlu
  3. Novruzova Fəridə Arif qızı
  4. Əhmədova Gövhər İslam qızı
  5. Axundov Kamil Camal oğlu
  6. Əlizadə Həyat Əsgər qızı

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur