MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Auditorlar Palatasının nümayəndə heyəti Dünya Bankının Varşava şəhərində keçirdiyi beynəlxalq tədbirdə iştirak etmişdir

2016-03-29

Auditorlar Palatasının nümayəndə heyəti Dünya Bankının Varşava şəhərində keçirdiyi beynəlxalq tədbirdə iştirak etmişdir

 

Auditorlar Palatasının nümayəndə heyəti 17-18 mart tarixlərində Varşava  şəhərində Dünya Bankının «Maliyyə hesabatlarına tələblər: tələblərin müəyyənləşdirilməsi və yerinə yetirilməsi» mövzusunda keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir. 

 

Tədbir Dünya Bankının «Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində – Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada auditin və hesabatlılığın möhkəmləndirilməsi» (STAREP) proqramı çərçivəsində keçirilmişdir.

Plenar iclasda iştirakçı qurumların nümayəndələri mövzuya dair məruzələrlə çıxış etmiş, peşəkar disskusiyalar aparmışlar.

Tədbirdə  Harald Bransas (Norveç), Riçard Martin (ACCA), Conatan Huper (CFRR), Andrey Busuyok (CFRR) Avropa İttifaqının mühasibat və auditə dair Direktivlıərinin tələblərinin tətbiqi praktikası mövzularında çıxışlar etmişlər.

Eyni zamanda, təcrübə mübadilələri zamanı Avropa İttifaqının 4, 7 və 8-ci Direktivinin tələbləri, xüsusilə auditin keyfiyyətinə nəzarət, auditor təşkilatlarının təşkilati hüquqi formaları və digər mövzularda diskusiyalar aparılmış, nümayəndə heyətinin üzvləri tərəfindən çoxsaylı təkliflər verilmiş, bu proqram daxilində növbəti tədbirdə Azərbaycan nümayəndə heyətinə ölkəmizdə mühasibat və audit  barədə təqdimat hazırlanması barədə müraciət edilmişdir.

 

 

 

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur