MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Mühasiblər və Risk Peşəkarları assosiasiyası arasında əməkdaşlıq sazişi imzalanmışdır.

2015-12-29

Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Mühasiblər və Risk Peşəkarları assosiasiyası  arasında  əməkdaşlıq sazişi imzalanmışdır.

 

 








AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI

AZƏRBAYCAN MÜHASİBLƏR VƏ RİSK PEŞƏKARLARI ASSOSİASİYASI

 

ARASINDA

 

ƏMƏKDAŞLIQ SAZİŞİ

 

1.1       Bu Saziş (bundan sonra “Saziş”) aşağıdakı tərəflər (bundan sonra “Tərəflər”) arasında imzalanır:
1.1.1              Azərbaycan Respublikasının Auditorlar Palatası.
1.1.2              Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası.

2.  Ümumi müddəalar

2.1       Tərəflər maliyyə, mühasibat uçotu və audit sahəsində ixtisas səviyyəsinin yüksəldilməsi, elmi-tədqiqatların aparılması, birgə məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına dair Sazişin əsas hədəflərinin əldə edilməsi məqsədilə tərəflərin peşəkar imkanlarının genişləndirilməsinə və onların maliyyə-təsərrüfat fəaliyyətinin effektivliyinin artırılmasına yönəldilən qarışlıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirir.

2.2       Tərəflər qarşılıqlı maraq kəsb edən və tərəflərin normativ-hüquqi aktlarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsindən kənara çıxmayan istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirir. Hazırkı Saziş ilə təsbit olunan əməkdaşlığın istiqamətləri və mövzusu  tərəflərin razılığı əsasında genişlənə və dəqiqləşdirilə bilər.

2.3       Tərəflər arasında münasibətlər peşəkar və kommersiya maraqlarına qarşılıqlı hörmət edilməsi və bir-birinə  razılaşdırılmış güzəşt və imtiyazların verilməsi ilə daha əlverişli imkanların yaradılması prinsipinə riayət edilməsi ilə birgə layihələrin həyata keçirilməsi üçün əlverişli mühitin formalaşdırılmasında qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulur.

2.4       Tərəflərin nizamnamə ilə müəyyən edilən vəzifələrinin əldə edilməsi məqsədilə onlar arasında əməkdaşlıq vasitəçi, agent və servis xidmətləri, elmi tutumlu məhsulların və proqram təminatlarının istehsalı və realizasiyası sahəsində elmi və təsərrüfat-iqtisadi fəaliyyət formasında həyata keçirilə bilər, eləcə də həm əvəzçilik, həm də birtərəfli qaydada tərəflərin bir-birinə geniş xidmətlər çeşidinin təqdim etməsini nəzərdə tutur.

3.  Fəaliyyət istiqamətləri

3.1       Bilik səviyyəsinin artırılması

3.1.1              Tərəflərin qabaqcıl mütəxəssislərinin, o cümlədən xarici ekspertlərin cəlb edilməsi ilə Bakı şəhərində və regionlarda audit texnikası üzrə elmi-metodoloji tədbirlərin təşkil edilməsi.

3.1.2              Mühasib və auditorlar üçün ixtisaslaşma üzrə proqramların hazırlanması və tətbiq edilməsi.

3.1.3              Funksiyaların bölüşdürülməsi, müvafiq layihələrin həyata keçirilməsi, peşəkar hazırlıq və imtahanların təşkili zamanı Beynəlxalq Mühasiblər Federasiyasının tövsiyələrinin nəzərə alınması.

3.1.4              Elmi-praktik konfransların, tematik seminarların və dəyirmi masaların təşkil edilməsi.

3.1.5              Birgə peşəkar müsabiqələrin keçirilməsi.

3.1.6              Tərəflərin ixtisas imtahanları və auditorların ixtisas səviyyəsinin yüksəldilməsi üzrə proqramların hazırlanmasında iştirak etməsi.

3.1.7              Beynəlxalq tələblər əsasında mühasib və auditorların təhsili ilə əlaqədar ixtisas tələblərinin uyğunlaşdırılması və hormonizasiyası işində fəal iştirak edilməsi.

 

3.2       Elmi-tədqiqat

3.2.1              Tərəflərin nizamnamə ilə müəyyən edilmiş fəaliyyət predmetləri üzrə birgə elmi tədqiqatların həyata keçirilməsi.

3.2.2              Tərələrin mütəxəssislərinin elmi-tədqiqat fəaliyyətinin təşkilinə yardım göstərilməsi.

3.2.3              Öz işçilərinin və / və ya məruzəçilərinin peşəkar tədbirlərdə, o cümlədən konfrans, dəyirmi masa və digər yığıncaqlarda iştirak məqsədilə bir-birinə göndərilməsi.

3.2.4              Tərəflərin elmi-tədqiqat fəaliyyətinin nəticələrinin tətbiqinin təşkil edilməsi.

3.2.5              Elmi-tədqiqat proqramları, texnologiya və məhsulların yaradılması və mənimsənilməsi üzrə layihələr vasitəsilə auditi işi ilə bağlı nəzəriyyə və praktikanın inkişaf etdirilməsi.

 

3.3       Sertifikasiya modelləri

3.3.1              Attestasiya və sertifikatlaşdırma sahəsində beynəlxalq prosedurların tətbiqi ilə mühasib və auditorların ixtisasının artırılması, attestasiyası və sertifikatlaşdırılması üzrə birgə layihələrin həyata keçirilməsi.

3.3.2              Mühasib və auditorların attestasiyası və sertifkatlaşdırılmasının həyata keçilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi.

3.3.3              Mütəxəssislərin, əməkdaşların və müəllimlərin Azərbaycan auditor şirkətlərində və xaricdə istehsalat təcrübəsinin təşkil edilməsi.

3.3.4              Mühasib və auditorların sertifikatlaşdırılması üzrə beynəlxalq qaydaların öyrədilməsinə dair seminarlarda iştirak edilməsi.

3.3.5              Peşəkar standartların istifadəsi üzrə rəy və tövsiyələrin hazırlanası işində iştirak.

3.3.6              Peşəkar norma və standartlarının praktik tətbiqi sahəsində seminarların təşkili.

 

3.4       Beynəlxalq münasibətlərin inkişaf etdirilməsi

3.4.1              Beynəlxalq əlaqələrin həyata keçirilməsində tərəflər arasında qarşılıqlı münasibətlər, o cümlədən beynəlxalq qurumlarda üzv olması prosesində dəstəyin göstərilməsində.

3.4.2              Peşəkar fəaliyyətin standartlaşdırılması məsələləri üzrə qonşu ölkələrinin auditor təşkilatlarının və auditorlarının birlikləri və peşəkar assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin qurulması.

3.4.3              Birgə təcrübədə tətbiqi məqsədilə mühasibat uçotu və audit ixtisasları üzrə mövcud beynəlxalq təhsil proqramlarının öyrənilməsi.

3.4.4              Mühasib və auditorların xarici və beynəlxalq peşəkar birlikləri və təşkilatları ilə əlaqələrin qurulması sahəsində  birgə fəaliyyət Təhsil və peşəkar fəaliyyət məsələləri ilə əlaqədar Beynəlxalq Mühasiblər Federasiyası və Avropa Mühasiblər və Auditorlar Federasiyası ilə qarşılıqlı fəaliyyətin təşkil edilməsi.

3.4.5              Tərəflərin imzaladığı beynəlxalq razılaşmalar çərçivəsində birgə fəaliyyətin təşkil edilməsi.

4.  Tərəflərin münasibətləri

4.1       Tərəflərin layihələrin icrası, metodların tətbiqi və təqdim edilən xidmətlər üzrə nəzarət vasitəsilə birgə texniki hazırlığı həyata keçirirlər.

4.2       Tərəflər əməkdaşlıq layihələri çərçivəsində elmi, texniki, iqtisadi, kommersiya və digər xarakterli məlumatların mübadiləsini həyata keçirirlər.

4.3       Məxfi informasiyanın məzmunu digər mənbələr vasitəsilə üçüncü şəxslərə məlum olduqda digər tərə bu cür məlumatların açıqlanması üçün heç bir məsuliyyət daşımır.

4.4       Tərəflər informasiya-nəşriyyat və metodiki fəaliyyətin həyata keçirilməsini təşviq edəcək, auditor fəaliyyəti il əlaqədar məsələlər üzrə elmi-metodiki vəsaitlərin birgə hazırlanması prosesində iştirak edəcəklər.

4.5       Hazırkı razılaşma ilə müəyyən edilən qarşılıqlı münasibətlər birtərəfli qaydada dəyişdirilə bilməz.

4.6       Razılaşma imzalandığı gündən qüvvəyə minir.

4.7       Hazırkı razılaşma 29 dekabr 2015-ci il tarixində Bakı şəhərində iki nüsxədə imzalanmışdır. Nüsxələrin hər bir tərəfin birində saxlanılır və eyni hüququ qüvvəyə malikdir.

4.8       Hazırkı razılaşma qeyri-məhdud müddətə qüvvədədir.

           

            

   

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur