MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASINDA 2015-Cİ İL 27 NOYABR “KEYFİYYƏTƏ NƏZARƏT, AUDIT, TƏHLİL, DİGƏR TƏSDİQLƏMƏ VƏ ƏLAQƏLİ XİDMƏTLƏR ÜZRƏ” BEYNƏLXALQ STANDARTLAR TOPLUSUNUN I VƏ II CİLDİNİN TƏQDİMETMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR

2015-11-27

AZƏRBAYCAN  RESPUBLİKASININ  AUDİTORLAR  PALATASINDA 2015-Cİ İL 27 NOYABR “KEYFİYYƏTƏ NƏZARƏT, AUDIT, TƏHLİL, DİGƏR TƏSDİQLƏMƏ VƏ ƏLAQƏLİ XİDMƏTLƏR ÜZRƏ” BEYNƏLXALQ STANDARTLAR TOPLUSUNUN I VƏ II CİLDİNİN TƏQDİMETMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR

27 Noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Auditorlar Palatasında “Keyfiyyətə nəzarət, audit, təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə” Beynəlxalq Standartlar Toplusunun I və II cildinin təqdimetmə mərasimi keçirilmişdir.
 

        Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Beynəlxalq Audit Standartlarının Azərbaycan iqtisadiyyatına tətbiqi zərurətindən və bu sahədə görülən işlər barədə məlumat vermişdir.

O qeyd etmişdir ki, son illərdə dünyada baş verən iqtisadi maliyyə çaxnaşmaları və iqtisadi tənəzzül audit və hesabatlıq sahəsində də bir sıra problemlərin mövcudluğunu üzə çıxarmış, auditorlar və mühasiblər qarşısında yeni vəzifələr, o cümlədən şəffaflığın artırılması istiqamətində yeni yanaşmaların reallaşdırılması zərurətini meydana gətirmişdir. Elə bu səbəbdən də İFAC-ın və onun müvafiq Komitələri tərəfindən hesabatlığın keyfiyyətinə nəzarət, audit, təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə yeni beynəlxalq standartlar işləyib hazırlamışlar. Bunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya Qarşı Mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.1-ci “Müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi” bəndini rəhbər tutaraq Beynəlxalq Audit Standartlarının yeni versiyasının iki cildliliyi tərcümə və nəşr etdirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Azərbaycan Respublikasının Vergilər nazirinin müşaviri, AMEA-nın müxbir üzvü Akif Musayev, Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının sədr müavini, “Xəzər” ASC-nin sədri Qüdrət Kərimov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi. Vi.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru, Auditorlar Palatasının Şura üzvü İlqar Vəliyev, Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Standartlar Komitəsinin sədri, “ANR Audit” MMC-nin direktoru Namiq Abbaslı, Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi təhlil və audit” kafedrasının müdiri Hənifə Cəfərli və başqaları çıxış edərək Beynəlxalq Audit Standartlarının nəşrini yüksək dəyərləndirmiş və əhəmiyyətini vurğulamışlar.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Maliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinin, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Dövlət Neft Şirkətinin, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, Mərkəzi Bankının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Dövlət İqtisad Universitetinin və Dünya Bankının nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları Azərbaycanda auditor xidmətinin beynəlxalq meyarlara uyğun təşkili və tənzimlənməsində, ölkəmizdə maliyyə şəffaflığının təmin olunmasında və korrupsiyaya qarşı mübarizə sahəsində Beynəlxalq Audit Standartları kitabının yeni versiyasının mühüm rol oynaya biləcəyini qeyd etmişlər.

 

 

AZƏRBAYCAN  RESPUBLİKASININ

AUDİTORLAR  PALATASI

2015-Cİ İL 27 NOYABR

KEYFİYYƏTƏ NƏZARƏT, AUDIT, TƏHLİL, DİGƏR TƏSDİQLƏMƏ VƏ ƏLAQƏLİ XİDMƏTLƏR ÜZRƏ” BEYNƏLXALQ STANDARTLAR TOPLUSUNUN I VƏ II CİLDİNİN TƏQDİMETMƏ MƏRASİMİNDƏ AUDİTORLAR PALATASI SƏDRİ PROFESSOR VAHİD NOVRUZ0VUN ÖN SÖZÜ.

 

 

Hörmətli qonaqlar və həmkarlar!

         BAS-ın iki cildlik toplusunun təqdimetmə mərasiminə dəvətimizi qəbul edib qatıldığınıza görə hər birinizə dərin təşəkkürümü bildirirəm.

İlk əvvəl böyük minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, bugünkü tədbirin keçirilməsinin əsasında möhtərəm prezidentimizin 2006-cı il Palatanın fəaliyyətə başlamasının on illiyi münasibətilə Auditorlar Palatasının kollektivinə və üzvlərinə ünvanlandığı təbrik məktubunda göstərilmiş belə bir ifadə durur ki, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir. Elə həmin məktubda qeyd edilir ki, “Audit sisteminin beynəlxalq təcrübə və standartlar əsasında təkmilləşdirilməsi ölkə iqtisadiyiyatında maliyyə şəffaflığını, büdcə vəsaitlərindən təyinatına uyğun istifadəni təmin etməklə, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsi”nə xidmət edir.

Böyük məmnuniyyət hissi ilə xatırlatmaq istərdim ki, Azərbaycan  Respublikası Prezidentinin 3 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramında (2004-2006-cı illər) Auditorlar Palatasına tapşırılmış auditin inkişafının  təmin edilməsinə dair tapşırıqlardan məhz birincisini auditor xidmətinin beynəlxalq audit standartlarına uyğunlaşdırılması, milli audit standartlarının hazırlanmasının başa çatdırılması təşkil edirdi. Onu da qeyd edim ki, bu tapşırığın icrası ilə əlaqədar Auditorlar Palatasında milli audit standartlarının beynəlxalq standartların tələbləri nəzərə alınmaqla hazırlaması başa çatdırılmış və Beynəlxalq Audit Standartlarının Azərbaycan iqtisadiyyatına tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi başlanmışdır.

Beynəlxalq Audit Standartlarının Azərbaycanda tətbiqi sahəsində ən mühüm addım kimi  Azərbaycan Respublikası Auditorlar Palatası   13 noyabr 2008-ci il tarixində Beynəlxalq Mühasiblər Federasiyasına (İFAC) həqiqi üzvlüyə qəbul edilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, həmin beynəlxalq qurumun məhsulu olan beynəlxalq audit standartlarının milli dilə tərcüməsi və tətbiqi üçün zəruri şərtlərdən birincisi həmin ölkənin müvafiq qurumunun İFAC üzv olması tələb olunur. Məhz bu üzvlük bizə imkan vermişdir ki, Beynəlxalq Audit Standartlarının həmin dövrə mövcud olan versiyasının azərbaycan dilinə tərcüməsi və nəşrinə dair biz Beynəlxalq Maliyyə Federasiyası ilə memorandum imzalayaq. Həmin beynəlxalq audit standartlarını dilimizə tərcüməsi və nəşri 2008-2009-cu illərdə qabaqcıl auditorlar və auditor təşkilatlarının iştirakı və dəstəyi ilə uğurla başa çatdırılmış və Azərbaycanda 01 yanvar 2010-cu il tarixindən etibarən Beynəlxalq Audit Standartlarının tətbiqinə başlanılmışdır.

                   Şəffaflığın artırılmasını və korrupsiyaya qarşı mübarizəni özünün  dövlət quruculuğu siyasətinin ən öncül istiqamətləri kimi bəyan etmiş Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Milli strategiyada da Beynəlxalq Audit Standartlarının tətbiqinin həyata keçirilməsi, auditorların fəalliyyətinə dair nəzarət sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması mühüm bir vəzifə kimi Nazirlər Kabinetinə, aidiyyatı dövlət orqanlarına və Auditorlar Palatasına tapşırılmışdır.

Sonraki çıxış, müsahibə və məruzələrində ölkə başçısı auditin və hesabatlığın beynəlxalq standartlara uyğun həyata keçirilməsini sahibkarlara öz fəaliyyətini beynəlxalq auditə məruz qoymaları zərurətini  dəfələrlə tövsiyə etmiş, bu işin xarici tərəfdaşlarla bərabərhüquqlu əlaqələr qurulmasında, ölkəmizə xarici investisiyaların  daha geniş cəlb edilməsində və bütövlükdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi mühüm rol oynadığını vurğulamışdır.

         Məlumdur ki, son illərdə dünyada baş verən iqtisadi maliyyə çaxnaşmaları və iqtisadi tənəzzül audit və hesabatlıq sahəsində də bir sıra problemlərin mövcudluğunu üzə çıxarmış, auditorlar və mühasiblər qarşısında yeni vəzifələr, o cümlədən şəffaflığın artırılması istiqamətində yeni yanaşmaların reallaşdırılması zərurətini meydana gətirmişdir. Elə bu səbəbdən də İFAC-ın və onun müvafiq Komitələri tərəfindən hesabatlığın keyfiyyətinə nəzarət audit, təhlil digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə yeni beynəlxalq standartlar işləyib hazırlamışlar. Bunu nəzərə alaraq və Azərbaycan Respublikası prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı”nın 13.1 müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi bəndini rəhbər tutaraq Beynəlxalq Audit Standartlarının yeni versiyasının tərcüməsi və nəşrinə başlanılmışdır.

Belə ki, Auditorlar Palatasında Beynəlxalq Audit Standartlarının yeni versiyasının tərcüməsi və nəşri ilə əlaqədar  Auditorlar Palatasında 2013-cü il 15 mart tarixində ölkənin qabaqcıl auditorlarını özündə cəmləşdirən işçi qrupu yaradılmış və iş bölgüsü aparılmışdır. Fürsətdən istifadə edərək mən həmin işçi qrupunun bütün üzvlərinə, xüsusən də toplunun ərsəyə gəlməsində böyük əmək sərf etmiş Palata Şurası yanında Beynəlxalq Audit Standartlarının Komitəsinin sədri, toplunun məsləhətçi və ixtisas redaktoru Namiq Abbaslıya, Palatanın bütün nəşrlərində olduğu kimi bu toplunun da ərsəyə gəlməsində öz zəngin bilik və təcrübəsini sərf etmiş cənab Şakir Yaqubova və öz dəyərli tövsiyələrinə görə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramova minnətdarlığımı bildirmək istəyirəm.

                   Ayrıca olaraq toplunun nəşrinə maliyyə dəstəyi göstərən “Praysvoterhouskupers Audit Azərbaycan” MMC, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi” Azərbaycan nümayəndəliyi, “KPMC Azərbaycan Limited” şirkəti və  onların rəhbəri Mövlan Paşayevə, İlqar Vəliyevə, Vüqar Əliyevə təşəkkürümü bildirirəm.

         Fikrimizcə buğun təqdimatına toplaşdığımız Beynəlxalq Standartlar  toplusunun Azərbaycanda tətbiqi ölkə prezidenti cənab İlham Əliyevin son vaxtlarda sahibkarlığın inkişafına əsassız yoxlamaların ləğvinə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirilməsinə, şəffaflığın artırılmasına yönəlmiş iqtisadi siyasət xəttinin reallaşmasında mühüm əhəmiyyət kəsb edir.

         Müasir şəraitdə Azərbaycan iqtisadiyyatı qarşısında duran və təxirəsalınmaz həllini gözləyən ən mühüm məsələlərdən biri iqtisadi subyektlərdə şəffaflığın təmin olunmasıdır. Bu isə  öz növbəsində hesabatlığın vəziyyəti ilə birbaşa bağlıdır. Buna görə də təsərrüfat subyektlərində hesabatların hazırlanması, qanunvericiliklə müəyyən olunmuş müvafiq qaydada təqdim edilməsi, onların qanunvericiliyə uyğun tərtib edilməsi barədə mötəbər auditə məruz qalmaları istiqamətində beynəlxalq təcrübədən bəhrələnməklə aparılacaq işlərin keyfiyyəti buğun təqdim olunan beynəlxalq standartların tətbiqi ilə sıx əlaqəlidir.

         Fikrimizcə yeni iqtisadi şəraitdə audit təsərrüfat subyektlərinə öz hesabatlarını düzgün qurmaqda və aparmaqda maliyyə resurslarından səmərəli istifadə etmək sahəsində təhlil və əlaqəli xidmətləri genişləndirməklə audit ölkənin iqtisadi həyatında daha geniş rol oynamalıdır. Bunun üçün isə auditin özünün keyfiyyəti yüksəldilməli, beynəlxalq meyarlara uyğunlaşdırılmalı, ictimai etimada nail olunmalıdır. Məhz buğun təqdim olunan beynəlxalq standartların auditorlar tərəfindən öyrənilməsi və öz fəaliyyətlərində tətbiq etməkləri bu uğurların qazanılması üçün möhkəm zəmin yaradır.

İndi isə mən böyük məmnuniyyətlə sözü toplunun məsləhətçi və ixtisas redaktoru Namiq Abbaslıya verirəm və ondan xahiş edirəm ki, yeni beynəlxalq standartlar toplusunun məziyyətləri, bu standartların əvvəlki standartlardan fərqi və üstünlükləri barədə öz mülahizələrini məqdimat iştirakçılarının diqqətinə çatdırsın.



 

INFORMATION ABOUT HANDBOOK OF İNTERNATIONAL
STANDARDS ON “QUALITY CONTROL, AUDITING , REVIEW, OTHER
ASSURANCE AND RELATED SERVICES PRONOUNCEMENT”

Presentation ceremony of I and II Volumes of Handbook of  İnternational Standards on "Quality Control, Auditing , Review, Other Assurance and Related Services Pronouncements" was held at the Chamber of Auditors of Azerbaijan Republic on November 27, 2015. The event was opened by the chairman of the Chamber of Auditors of Azerbaijan Republic, doctor of economics, professor Vahid Novruzov and he informed about the necessity of application of International Audit Standards to the Azerbaijani economy and the works done in this area. He noted that in recent years, the global economic financial turmoil and economic recession exposed the existence of a number of problems in the field of auditing and reporting and created the new tasks for auditors and accountants, including the realization of the need for new approaches to increase transparency. Therefore, IFAC and its relevant Committees have made new international standards on the quality control, auditing, review, other assurance and related services. Taking into account it and in according with item № 13.1 of "National Activity Plan" about "The fight against corruption for 2012-2015: "The continuation of actions in coordination of application of International Auditing Standards" certified by the order of President of Azerbaijan Republic dated 5 September, 2012, I and II Volumes of a new version of International Auditing Standards have been translated and published. In accordance with "About the translation, publication and application  of Handbook of International Auditing Standards on Quality Control, Auditing, Review, Other Assurance and Related Services Pronouncements" certified by resolution №269/6 of the Chamber Board of Auditors of the Republic of Azerbaijan dated November 25, 2015, the new version of Handbook of International Auditing Standards on "Quality Control, Auditing, Review, Other Assurance and Related Services Pronouncements" translated into Azerbaijani was recommended to the audit organizations and independent auditors in order to apply and use it in their work. Minister adviser of Taxes of the Republic of Azerbaijan, associate member of ANAS-Akif Musayev, deputy chairman of the Entrepreneurship Council under the President of the Republic of Azerbaijan, chairman of “Khazar” ASC- Gudrat Karimov, rector of Baku Business University- Ibad Abbasov, executive partner of branch of “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” company in the Republic of Azerbaijan, board member of the Chamber of Auditors – Ilgar Valiyev, chairman of Committee of International Standards, director of “ANR Audit” LLC- Namig Abbasli, head of office of the Chamber of Auditors- Gasham Bayramov, director of the department of "Economic Analysis and Audit" of Azerbaijan State Economic University – Hanifa Jafarli and others have speeched and estimated the publication of International Auditing Standards highly at this event. Representatives of the Ministry of Finance, Economy and Industry of the Republic of Azerbaijan, Anti-Corruption Department under the Prosecutor-General of the Republic of Azerbaijan,The State Committee for Securities under the President of the Republic of Azerbaijan, The State Statistical Committee of the Republic of Azerbaijan, the Central Bank of the Republic of Azerbaijan, the National Confederation of Entrepreneurs (Employers’) Organizations of Azerbaijan Republic, The State University of Economics, the World Bank have participated at the presentation ceromony. The participants noted that the new version of the handbook of International Auditing Standards can play an important role to organizate and regulate the audit services corresponding to international criterions in Azerbaijan and to ensure the financial transparency and to fight against the corruption in our country.


 

ИНФОРМАЦИЯ О СБОРНИКЕ МЕЖДУНАРОДНЫХ СТАНДАРТОВ ПО
"КОНТРОЛЮ КАЧЕСТВА, АУДИТУ, АНАЛИЗУ, ПРОЧИМ ПОДТВЕРЖДЕНИЯМ И СОПУТСТВУЮЩИМ УСЛУГАМ"

 

27 ноября 2015 года в Палате Аудиторов Азербайджанской Республики была проведена церемония презентации I и II томов Сборника международных стандартов по "Контролю качества, аудиту, анализу, прочим подтверждениям и сопутствующим услугам".

Открывший вступительными словами церемонию Председатель Палаты Аудиторов Азербайджанской Республики, доктор экономических наук, профессор Вахид Новрузов информировал о необходимости внедрения Международных Стандартов Аудита в экономику Азербайджана и о работе, проделанной в этой области.

Он отметил, что глобальный финансово-экономический кризис и экономический спад, происходящие в последние годы, выявив существование ряда проблем и в сфере аудита и отчетности, создали новые функции аудиторов и бухгалтеров, в том числе необходимость осуществления нового подхода в направлении повышения прозрачности. Именно по этой причине IFAC и его соответствующие Комитеты разработали новые международные стандарты по контролю качества, аудиту, анализу, прочим подтверждениям и сопутствующим услугам. Принимая это во внимание и руководствуясь пунктом 13.1 "Продолжение мероприятий по внедрению международных стандартов в сфере независимого аудита" "Национального плана деятельности по борьбе с коррупцией" на 2012-2015гг.", утверждённым Указом Президента Азербайджанской Республики от 05 сентября 2012 года, новая версия двухтомника Международных Стандартов Аудита была переведена и издана.

По постановлению Совета Палаты аудиторов № 269/6 от 25 ноября 2015 года "О переводе, публикации и применении Сборника Международных Стандартов по Контролю качества, аудиту, анализу, прочим подтверждениям и сопутствующим услугам" переведенная на азербайджанский язык новая версия этого Сборника была рекомендована аудиторским организациям и независимым аудиторам с целью внедрения и использования в своей работе.

Выступившие на мероприятии Советник Министра по налогам, член-корреспондент Национальной академии наук Акиф Мусаев, заместитель председателя Совета предпринимателей при Президенте Азербайджанской Республики, председатель ОАО "Xəzər" Гудрат Керимов, ректор Бакинского Университета Бизнеса Ибад Аббасов, управляющий партнер филиала в Азербайджанской Республике компании “Ernst & Young Holdings" (СНГ) B.V.", член Совета Палаты аудиторов Ильгар Велиев, Председатель Комитета Международных стандартов при Совете Палаты аудиторов, директор ООО "ANR Audit" Намиг Аббаслы, руководитель аппарата палаты Аудиторов Гашам Байрамов, заведующий кафедрой "Экономический анализ и аудит" Азербайджанского Государственного Экономического Университета Ганифа Джафарлы и другие высоко оценили публикацию Международных Стандартов Аудита и подчеркнули значение этого.

В презентации принимали участие представители: министерств Налогов, Экономики и Промышленности, Управления по борьбе с коррупцией при Генеральном прокуроре Азербайджанской Республики, Государственной нефтяной компании, Государственного Комитета по ценным бумагам, Государственного Комитета статистики, Центрального банка, Национальной конфедерации организаций предпринимателей (работодателей) Азербайджана, Государственного Экономического Университета и Всемирного банка. Участники мероприятия отметили, что новая версия Международных Стандартов Аудита может сыграть значительную роль в таких сферах, как организация и регулирование аудиторских услуг в Азербайджане в соответствии с международными критериями, обеспечение финансовой прозрачности и борьба с коррупцией в стране.

 


 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur