MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Sinqapurda Beynəlxalq Mühasiblər Federasiyasının illik Ümumi Şura İclası keçirilmişdir

2015-11-25

Sinqapurda Beynəlxalq Mühasiblər Federasiyasının illik Ümumi Şura İclası keçirilmişdir

  BEYNƏLXALQ MÜHASİBLƏR FEDERASİYASININ (IFAC)  

SİNQAPURDA KEÇİRİLƏN İLLİK ÜMUMİ ŞURA İCLASININ YEKUNU BARƏDƏ

MƏLUMAT

 

  Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2015-ci il 5 noyabr tarixli K – 74a saylı  əmrinə əsasən, Auditorlar  Palatasının Şurası yanında Beynəlxalq əlaqələr üzrə komitənin sədri, «L.B. Auditor xidməti» MMC-nin direktoru Lamiyə Bayramova IFAC-ın 2015-ci ilin 11-12 noyabr tarixində Sinqapurda keçirilən illik Ümumi Şura İclasında  iştirak etmişdir.

2015-ci ilin 11 noyabr tarixində  illik Ümumi Şura İclasını giriş sözü ilə  IFAC-ın prezidenti xanım Oliviya Kirtley açdı.

IFAC-ın komitə sədrlərinin hesabatları dinlənildi və müzakirələr  aparıldı.

Daha sonra gündəlikdə qeyd olunmuş aşağıdakı məsələlər Şura  tərəfindən qəbul edilməsi üçün səsverməyə təqdim edildi:

1. 2014-cü ilin 7 noyabr tarixində İtaliyanın paytaxtı Roma şəhərində  keçirilmiş IFAC-ın növbəti Şura iclası barədə protokolun Şura  tərəfindən qəbul edilməsinin səsə  qoyulması.

2. IFAC-ın 2016-2018-ci illər üzrə strateji planı: 2016-cı il büdcəsinin geniş parametrləri də daxil olmaqla qlobal peşənin gələcəyinin  qrafiki.

3. Auditorun təyin edilməsi. «Citrin Cooperman LLP» şirkətinin 2016-2017-ci illər üzrə maliyyə hesabatlarının auditi üçün yenidən təyin edilməsi.

4. IFAC-ın İdarə Heyətinin üzvlərinin 3 il müddətinə seçilməsi.

5. IFAC-ın Komitə üzvlərinin 2 il müddətinə seçilməsi.

6. Rusiya Professional Mühasiblər İnstitutunun IFAC-ın üzvlüyündən çıxarılması.

7. Burkina Faso (ONE CCA – BP) və Vyetnam Sertifikatlaşdırılmış Auditorlar Assosiasiyasının IFAC-a assosiativ üzv qəbul edilməsi.

Yekunda bütün qeyd olunan məsələlər səsvermə nəticəsində qəbul edildi.

2015-ci ilin 12 noyabr tarixində IFAC və Sinqapur Diplomlu Mühasiblər İnstitutu ilə birgə «Sinqapur Mühasiblər Konqresi-2015» keçirildi. Konqresdə mövzu ilə bağlı bir sıra məruzələr dinlənildi və müzakirələr  aparıldı. 

L.Bayramova səfər müddətində Azərbaycanda gedən  məqsədyönlü iqtisadi islahatlar və eləcə də ölkə Prezidenti cənab  İlham Əliyevin auditə və mühasibat uçotuna  göstərdiyi diqqət və qayğısı barədə tədbir iştirakçılarına geniş məlumat vermiş, onlarla geniş fikir mübadiləsi və müzakirələr aparmışdır.

 

 

Azərbaycan Respublikası Auditorlar Palatasının

Şurası yanında Beynəlxalq əlaqələr üzrə

Komitənin sədri, «L.B. Auditor xidməti»

MMC-nin direktoru                                                                   L.Bayramova

 

 

                                                
   
   

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur