MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2015-ci il 16 oktyabr tarixində Auditorlar Palatasında “Əlaqəli Auditor Xidmətləri”, “705 saylı BAS: Müstəqil auditorun hesabatında dəyişikliklər” və “706 saylı BAS: Müstəqil auditorun hesabatındakı izahedici paraqrafların xüsusilə vurğulanması” mövzularında seminar keçirilmişdir

2015-10-16

2015-ci il 16 oktyabr  tarixində Auditorlar Palatasında “Əlaqəli Auditor Xidmətləri”, “705 saylı BAS: Müstəqil auditorun hesabatında dəyişikliklər” və “706 saylı BAS: Müstəqil auditorun hesabatındakı izahedici paraqrafların xüsusilə vurğulanması” mövzularında seminar keçirilmişdir

2015-ci il 16 oktyabr  tarixində Auditorlar Palatasında “Əlaqəli Auditor Xidmətləri, “705 saylı BAS: Müstəqil auditorun hesabatında dəyişikliklər” və “706 saylı BAS: Müstəqil auditorun hesabatındakı izahedici paraqrafların xüsusilə vurğulanması” mövzularında seminar keçirilmişdir

 

Ölkə Prezidentinin proqram xarakterli göstərişlərinin rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə, Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) qarşısında götürdüyü üzvlük öhdəliklərinə  və Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 8.2-ci “Beynəlxalq Audit Standartlarının tətbiqinə dair silisilə seminarların keçirilməsi” bəndinə uyğun olaraq, ölkəmizdə auditor xidmətinin Beynəlxalq Audit Standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Məqsəd Azərbaycan Respublikasında auditor fəaliyyətinin Beynəlxalq təcrübəyə əsaslanan işlək normativ-hüquqi sənədlər bazası ilə təmin edilməsi, bu növ fəaliyyətdə obyektivliyin, müstəqilliyinin və şəffaflığının artırılması, auditin keyfiyyətinin yüksəldilməsi ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi və inkişafı üçün zəruri şəraitin yaradılmasından ibarətdir.           

Bu məqsədə nail olmaq üçün Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) təsdiq etdiyi Beynəlxalq Audit Standartlarının 2013-cü il versiyasının ayda iki dəfə olmaqla seminar şəklində Auditorlar Palatasının üzvü olan auditorların nəzərinə çatdırmaqdır.

Ona görə də 2015-ci il 16 oktyabr tarixində Auditorlar Palatasının əməkdaşlarının və üzvlərinin iştirakı ilə ilk seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açaraq, Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqinin vacibliyindən danışdı və bu standartlara edilmiş əlavə və dəyişikliklərin müntəzəm olaraq seminar şəklində üzvlərimizin diqqətinə çatdırılacağını qeyd etdi. Sonra seminarda sərbəst auditor Cəfərov Altay“705 saylı BAS: Müstəqil auditorun hesabatında dəyişikliklər” və “706 saylı BAS: Müstəqil auditorun hesabatındakı izahedici paraqrafların xüsusilə vurğulanması”mövzularında, “Əlaqəli Auditor Xidmətləri” mövzusunda isə sədrin elmi-metodik məsələlər üzrə müşaviri Talıbov Nəcəf geniş məruzə ilə çıxış etdi və peşəkar müzakirələr aparıldı.

İnanırıq ki, belə tədbirlərin həyata keçirilməsi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası ərazisində auditor xidmətinin Beynəlxalq Audit Standartları əsasında davamlı icrasını təmin edəcək və orada müzakirə olunan məsələlər auditor xidməti göstərilən zaman obyektivliyin, müstəqilliyin və şəffaflığının artırılması, auditin keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditor və auditor təşkilatları üçün faydalı olacaqdır.

Beynəlxalq Audit Standartlarının tətbiqinə dair “710 saylı BAS: Müqayisəli informasiya- Uyğun göstəricilər və müqayisəli maliyyə hesabatları” və “720 saylı BAS: Auditi aparılmış maliyyə hesabatlarını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti” mövzularında növbəti seminar 2015-ci il 30 oktyabr tarixində saat 11:00-da Auditorlar Palatasında keçiriləcəkdir (Məruzəçi: “MAK Azərbaycan LTD” MMC-nin direktoru-auditoru Hüseynov Zamindir). 



      


Foto: R.ƏLƏKBƏROV

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur