MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auduitorlar Palatasında auditorların növbəti andiçmə mərasimi keçirilmişdir

2015-06-09

Azərbaycan Respublikasının Auduitorlar Palatasında auditorların növbəti andiçmə mərasimi keçirilmişdir



Azərbaycan Respublikasının Auduitorlar Palatasında
auditorların 
növbəti andiçmə mərasimi keçirilmişdir

 

2015-ci il 09 iyun tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında bir qrup auditorların növbəti andiçmə mərasimi keçirilmişdir.

Andiçmə mərasimini giriş sözü ilə Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov açaraq iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılan Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etməsi, ölkədə bir-birindən əzəmətli quruculuq planlarının, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, mühüm regional layihələrin reallaşmasında dövlətimizin etibarlı investor kimi iştirak etməsi, büdcə-maliyyə nəzarətinin düzgün təşkili, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin aparılmasına xüsusi önəm verilmişdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkələr sırasındadır və bunu mötəbər beynəlxalq iqtisadi qurumlar da qeyd edirlər. İqtisadiyyatımızın belə inkişafı bütövlükdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin də qarşısında, maliyyə hesabatlığında şəffaflığının təmin edilməsi sahəsində  ciddi vəzifələr yaradır.

Auditorlar Palatasının üzvü olan auditor təşkilatlarında çalışan auditorlar və sərbəst auditorlar auditin üzərinə düşən vəzifələrin məsuliyyətini çox yaxşı başa düşür, həmin vəzifələrə uyğun olaraq, daha məsuliyyətlə çalışmağı, bütün qüvvə və səylərini, bilik və bacarıqlarını ölkədə uğurla həyata keçirilən əzəmətli quruculuq işləri naminə sərf etməyi özlərinin vətəndaşlıq borcu sanaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək istiqamətində beynəlxalq əlaqələrin gücləndirilməsinə xüsusi önəm verirlər.

Bu məqsədlə, Auditorlar Palatasında auditor andının içilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilmiş və bununla bağlı auditor andının mətni və digər prosedurlar hazırlanaraq Palatanın Şurasında təsdiq edilmişdir. Həmin prosedurlara uyğun olaraq, Auditorlar Palatasının üzvü olan bir qrup auditorlar növbəti dəfə Azərbaycan Respublikasının qanunlarının, beynəlxalq audit standartlarının və digər normativ hüquqi aktların tələblərinə əməl edəcəkləri, peşə vəzifələrini vicdanla, dürüst və qərəzsizcəsinə yerinə yetirəcəklərinə görə təntənəli surətdə and içmişlər.

Tədbirdə Auditorlar Palatasının rəhbərliyi, struktur bölmələrinin rəhbərləri və Palata Şurasının yanında fəaliyyət göstərən komitələrin sədrləri iştirak etmişlər.

Tədbir başa çatdıqdan sonra iştirakçılarla xatirə şəkili çəkdirilmişdir.



   

        

        

        

        

        



Foto: R.ƏLƏKBƏROV

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur