MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan auditorları «ATOMEKSPO 2015» VII Beynəlxalq Forumunda iştirak etmişlər

2015-06-03

Azərbaycan auditorları «ATOMEKSPO 2015» VII Beynəlxalq Forumunda iştirak etmişlər



AZƏRBAYCAN AUDİTORLARI «ATOMEKSPO 2015» VII BEYNƏLXALQ FORUMUNDA İŞTİRAK ETMİŞLƏR

 
 

2015-ci il 1 iyun tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov və Aparatın rəhbəri Qəşəm Bayramov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən «ATOMEKSPO 2015» VII Beynəlxalq Forumu çərçivəsində «Aşkarlıq şəraitində  daxili nəzarət» mövzusunda «dəyirmi masa»da iştirak etmişlər.

«Rosatom» Dövlət Korporasiyasının Daxili nəzarət və audit üzrə direktoru – baş nəzarətçi Aleksandr Loktevin və «Rosatom»un təftiş-nəzarət fəaliyyəti departamentinin direktoru  İqor İqinin moderatorluq etdiyi «dəyirmi masa»da Auditorlar Palatasının sədri V.Novruzov «Azərbaycanda daxili  nəzarət və audit» mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Məruzədə əsası ulu öndər Heydər Əliyev  tərəfindən qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyev  tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi münasibətlərdə şəffaflıq siyasətinin fərəhli nəticələrindən bəhs edilmişdir. Auditorlar Palatasının nümayəndə heyətinin iştirak etdiyi bu «dəyirmi masa»da əsasən Rusiya Federasiyasının təmsilçiləri, xaricdən isə  Azərbaycanla yanaşı, təkcə Macarıstan Auditorlar Palatasının nümayəndələri iştirak  edirdilər.

Tədbir zamanı xarici ölkə auditorları, o cümlədən Rusiya, İngiltərə və Macarıstanlı həmkarlarımız ilə əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək işlər razılaşdırılmışdır.

Eyni zamanda ölkəmizdə nəzarətin təkmilləşdirilməsi işinə xidmət edə biləcək bir sıra normativ sənədlər də tərəfimizdən əldə olunmuş və tətbiq edilmək üçün Azərbaycana gətirilmişdir.

Səfər müddətində nümayəndə heyəti Rusiya Auditorlar Kollegiyasının prezidenti, Azərbaycan auditorlarının yaxın dostu Aleksandr Rufu 60 illik yubileyi münasibəti ilə təbrik etmişdir.

 

        

        

   


www.nuiac.ru

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur