MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Auditorlar Palatasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin qarşısında duran problemlər və onun həlli yolları” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

2015-04-30

Auditorlar Palatasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin qarşısında duran problemlər və onun həlli yolları” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

Auditorlar Palatasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin qarşısında duran problemlər və onun həlli yolları” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

 

Aprelin 30-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin qarşısında duran problemlər və onun həlli yolları” mövzusunda konfrans keçirilib.

Konfrans Auditorlar Palatasının, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək bildirib ki, konfransın keçirilməsində məqsəd korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin həllində auditin qarşısında duran vəzifələr və onun həlli yollarını müəyyənləşdirməkdən, Auditorlar Palatasının korrupsiyaya qarşı mübarizə aparan orqanlarla əməkdaşlığını gücləndirməkdən və cinayət yolu ilə əldə olunmuş vəsaitlərin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində auditorların öhdəliklərin tam yerinə yetirilməsinin davamlı təminatına nail olmaqdan ibarətdir. Qeyd edilib ki, audit korrupsiya və fırıldaqçılıq hallarının qarşısının alınmasında mühüm rol oynayır. Son dövrlər Azərbaycanda “şəffaflıq mədəniyyəti” formalaşmaqdadır. Bunun bariz nümunəsi kimi “ASAN xidmət”i göstərmək olar. V.Novruzov diqqətə çatdırıb ki, auditor fəaliyyəti göstərilərkən korrupsiyaya qarşı mübarizənin yollarına həsr olunmuş qısa müddətli kursların keçirilməsi məqsədəuyğun olardı.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mütəxəssis təhlilləri şöbəsinin rəisi Rəşid Mahmudov bildirilib ki, auditin korrupsiyanın azaldılmasında rolu şəffaflıq, hesabatlıq, risklərin azaldılması, fırıldaqçılıq imkanlarının azaldılması, qanunvericiliyə əməl olunmasına nəzarət istiqamətləri ilə müəyyən olunur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə davamlı olaraq həyata keçirilir. Cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması ilə mübarizənin hüquqi mexanizmlərini təhlil edən mütəxəssislərin rəyinə görə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizənin səmərəliliyi, həmin mübarizənin keyfiyyəti bir sıra amillərlə müəyyən oluna bilər. Məsələn, valyuta sərvətlərinin Azərbaycan ərazisinə gətirilməsi və ya çıxarılmasının monitorinqinin təşkili, məbləğdən asılı olmayaraq monitorinq olunmalı əməliyyatların təşkilinin vəziyyətinin yaxşılaşdırılması, informasiya mübadiləsi, xarici dövlətlərin səlahiyyətli orqanları ilə qarşılıqlı əməkdaşlığın və hüquqi yardımın inkişaf etdirilməsi və təkmilləşdirilməsi.

R.Mahmudov qeyd edib ki, hazırkı mütəxəssis təhlilləri şöbəsi korrupsiya və çirkli pulların yuyulması ilə bağlı cinayət işləri üzrə istintaqın rastlaşdığı mühüm problemləri araşdırır, istintaq fəaliyyəti ilə bağlı mühüm təkliflər hazırlayır.

Çıxış edən digər natiqlər korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı Auditorlar Palatası tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Konfransda Korrupsiyaya qarşı mübarizədə Beynəlxalq Audit Standartlarının rolu və əhəmiyyəti, Auditin keyfiyyətinin müasir vəziyyəti və onun yüksəldilməsi yolları, korrupsiyanın azaldılmasında daxili auditin rolu və əhəmiyyəti: vəzifələr və öhdəliklər, Beynəlxalq audit təcrübəsində antikorrupsiya tədbirləri, auditin qanunvericilik bazasının təkmilləşdirilməsi zərurəti mövzularında məruzələr dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

 

 

        

        

        

        



Foto: R.ƏLƏKBƏROV

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur