MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatasında YAP Səbail rayon Auditorlar Palatası ilk ərazi təşkilatının iclası keçirilmişdir

2015-04-22

Azərbaycan Respublikasının Auditorlar Palatasında YAP Səbail rayon Auditorlar Palatası ilk ərazi təşkilatının iclası keçirilmişdir


Azərbaycan Respublikasının Auditorlar Palatasında YAP Səbail rayon Auditorlar Palatası ilk ərazi təşkilatının iclası keçirilmişdir

 
 

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2015-ci il 22 aprel tarixində YAP Səbail rayon Auditorlar Palatası ilk ərazi təşkilatının iclası keçirilmişdir.

Tədbirin açılışında Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, Auditorlar Palatası ilk ərazi təşkilatının sədri cənab Vahid Novruzov ilk öncə tədbir iştirakçılarını salamlayaraq bu gün inkişaf etməkdə olan, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflərin hər bir vətəndaş üçün çox önəmli olduğunu və Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin layiqli olmasına möhtərəm prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasətin birbaşa vətəndaşların sosial rifahına yönəldiyini vurğulamışdır. Bu mənada öz ətrafında yüz minlərlə insanları birləşdirən Yeni Azərbaycan Partiyası da vətəndaşlarımızın ideya-siyasi tərbiyəsi ilə bağlı öz işlərini ən müasir səviyyədə qurur. Ölkədə həyata keçirilən davamlı iqtisadi islahatlar, quruculuq işləri, geniş miqyaslı dövlət proqramlarının icrası və.s məsələlər və xüsusən də gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdə olduğunu, və görülən işlər nəticəsində Azərbaycan gənclərinin mövqeyinin ölkə prezidenti cənab İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiyini qeyd etmişdir. Bir sözlə, YAP öz fəaliyyətində Prezident İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışır.

Bu gün ölkə Prezidentinin gənclər siyasəti ilə bağlı fikirlərinə Auditorlar Palatasındada geniş şərait yaradılmışdır. Palatanın 8 (səkkiz) gənc əməkdaşının siyasi fəaliyyətə qoşulması ilə bağlı müraciətlərinə Partiya iclasında baxılmış və onların xahişləri nəzərə alınaraq müsbət qərar qəbul edilmişdir:

-         Qarayev Fəqan Şakir oğlu

-         Kamalova Fatma Ramazan qızı

-         Məmmədova Ləman Nazim qızı

-         Məmmədli Bəhruzə Fazil qızı

-         Mehdizadə Sürəyya Elşən qızı

-         Məmmədova Leyla Zöhrab qızı

-         Səfərova Gülpəri Güləli qızı

-         Şirinova Nigar Şakir qızı
 

İclasın sonunda Sədr V.Novruzov həmin gəncləri təbrik edərək, ölkəmizin həyatında fəal olmağı və gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

 

  


  

  



Foto:
R.ƏLƏKBƏROV

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur