MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Məcburi köçkün ailələrinə ərzaq yardımı verildi

2014-07-09

Məcburi köçkün ailələrinə ərzaq yardımı verildi



MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİNƏ ƏRZAQ YARDIMI VERİLDİ

 
 

Erməni qəsbkarları tərəfindən torpaqlarımızın 20 faizinin işğal edilməsi nəticəsində hazırda respublikamızda 1 milyona yaxın məcburi köçkün ailəsi yaşayır. Doğma yurd-yuvalarından, ev-eşiklərindən didərgin salınan bu ailələrdən bəziləri Lənkərana da pənah gətirmişlər. Hazırda rayonda 258 nəfərdən ibarət 70 məcburi köçkün ailəsi məskunlaşıb. Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən həmin ailələrə ərzaq yardımı göstərilmişdir.

Bununla əlaqədar keçirilən tədbiri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq rayonda məcburi köçkün ailələrinin qayğı ilə əhatə olunduğunu bildirmiş, onlara hər zaman maddi və mənəvi dəstək verilməsinin diqqətdə saxlanıldığını vurğulamışdır.

Auditorlar Palatasının sədri Vahid Novruzov bildirmişdir ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidə torpaqlarımızın geri qaytarılacağı, məcburi köçkünlərin öz əzəli və əbədi dədə-baba torpaqlarına qayıdacağı gün uzaqda deyildir.

Sonra Palata rəsmisi məcburi köçkün ailələrini Milli Qurtuluş Günü münasibəti ilə bir daha təbrik etmiş, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulamışdır.

Məcburi köçkünlər adından isə Xanım Həsənova çıxış edərək bu qayğı və diqqətə görə minnətdarlıq hisslərini ifadə etmişdir.






 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur