MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri 2011-ci il 16-17 noyabr tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək Beynəlxalq Mühasiblər Federasiyasının İdarə Heyətinin və Şurasının iclasına dəvət olunmuşdur

2011-11-23

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri 2011-ci il 16-17 noyabr tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək Beynəlxalq Mühasiblər Federasiyasının İdarə Heyətinin və Şurasının iclasına dəvət olunmuşdur

    Azərbaycan Respublikasının Auditorlar Palatası bütün dünyada mühasib və auditorların peşə fəaliyyətinin gücləndirilməsinə və ictimai maraqlara xidmət göstərən, 119 ölkədən 163 üzvü özündə birləşdirən Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) 2008-ci il 12 noyabr tarixində tamhüquqlu üzv qəbul edilmişdir.

    Azərbaycan Respublikası Auditorlar Palatasının sədri 2011-ci il 16-17 noyabr tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək Beynəlxalq Mühasiblər Federasiyasının İdarə Heyətinin və Şurasının iclasına dəvət olunmuşdur.

    Həmin tədbirlərdə üzv ölkələrin nümayəndələrinin iştirakının zəruri olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 2011-ci il 12 noyabr tarixli razılıq məktubuna əsasən, Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti, sərbəst auditor İbiş Əliyev 2011-ci il 16-18 noyabr tarixlərində Berlin şəhərində Beynəlxalq Mühasiblər Federasiyasının Şura iclasında iştirak etmişlər.

    Tədbirdə hesabat və təşkilati işlərlə yanaşı, Beynəlxalq Mühasibat Uçotu və Audit Standartlarının tətbiqi, maliyyə şəffaflığının yüksəldilməsi və korporativ idarəetmənin aktual problemləri üzrə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.

   Eyni zamanda səfər zamanı Azərbaycan  Respublikasının Auditorlar Palatası Moldova Peşəkar  Mühasiblər və  Auditorlar Assosiasiyası ilə 2011-ci il 16  noyabr tarixli və  Rusiya Peşəkar Mühasiblər və Auditorlar  İnstitutu ilə  2011-ci il 18 noyabr tarixli strateji əməkdaşlıq  barədə  sazişlər imzalamışdır.

 


Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsi

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur