MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) illlik ümumi yığıncağı Bakıda keçiriləcəkdir.

2014-06-12

Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) illlik ümumi yığıncağı Bakıda keçiriləcəkdir.

 

Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) illik ümumi yığıncağının 2015-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.


Bu barədə qərar cari ilin 5-6 iyun tarixlərində Azərbaycan Respublikası Auditorlar Palatası nümayəndə heyətinin də iştirakı ilə Avropa Mühasiblər və Auditorlar Federasiyasının Macarıstanın Budapeşt şəhərində keçirilən illik ümumi yığıncağında qəbul edilmişdir. Bu, respublikamızın Avropada mühasibat uçotu və audit sahəsində beynəlxalq standartların tətbiq olunduğu qabaqcıl ölkələr sırasına çıxması, şəffaflığın və hesabatlılığın təmin edilməsi üzrə regional mərkəzə çevrilməsi istiqamətində Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin beynəlxalq aləmdə tanınmasının daha bir ifadəsidir.

Qeyd edək ki, 1994-cü ildən fəaliyyətə başlayan Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kiçik və orta müəssisələr üzrə Avropa İttifaqının (UEAPME) üzvü, Avropa Maliyyə Hesabatlarının Məsləhətçi Qrupunun (EFRAG) yaradıcısıdır. Azərbaycanın 2003-cü ildən həqiqi üzvü olduğu Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) öz sıralarında 13 ölkədən 250 mindən çox mühasib və auditoru birləşdirir. Bu beynəlxalq qurum Avropada mühasibat və auditin inkişafı, iqtisadiyyatın aktual problemlərinin həllində bu amillərin daha fəal rol oynaması üçün təklif və tövsiyələr hazırlayaraq onların tətbiqinə nəzarəti həyata keçirir.

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur