MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2014-cü il 14-15 may tarixlərində Bakı şəhərində «Müasir şəraitdə audit qanunvericiliyi» mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir

2014-05-16

2014-cü il 14-15 may tarixlərində Bakı şəhərində «Müasir şəraitdə audit qanunvericiliyi» mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir


2014-cü il
14-15 may tarixlərində Bakı şəhərində 

«Müasir şəraitdə audit qanunvericiliyi» mövzusunda  

beynəlxalq elmi-praktik simpozium keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş Audit xidmətlərinin təkmilləşdirilməsi üzrə vəzifələrin icrası istiqamətində Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, Bakı Biznes Universiteti, Rusiya Auditorlar Kollegiyası, Monteneqro Mühasiblər və Auditorlar İnstitutu və Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyasının birgə təşkilatçılığı ilə Auditorlar Palatasının işçi qrupu tərəfindən hazırlanmış “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin müzakirəsinə həsr olunmuş «Müasir şəraitdə audit qanunvericiliyi» mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir.

Simpoziumun işində iştirak etmək üçün Rusiya Auditorlar Kollegiyasının sədri Aleksandr Ruf, üzvü İrina Tyutina, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru cənab Rade Scekicin rəhbərliyi altında 4 nəfərlik nümayəndə heyəti (Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru cənab Rade Scekic, Maliyyə Nazirinin müavini cənab Novo Radovic, Əmək Nazirinin müavini cənab Yovo Payovic və Monteneqro İqtisad Məhkəməsinin prezidenti cənab Draqan Rakosevic) və Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyasının vitse-prezidenti Qeorqiy Apridonidze Bakı şəhərində işgüzar səfərdə olmuşlar.

Tədbirdə yeni iqtisadi-maliyyə mühitində auditin rolu və əhəmiyyəti, maliyyə nəzarətinin müasir problemləri və onların həlli yolları, eləcə də ictimai müzakirəyə çıxarılmış «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə olunmuşdur.

Simpoziumda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad SƏMƏDZADƏ, Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad ABBASOV, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid NOVRUZOV, Rusiya Auditorlar Kollegiyası sədri Aleksandr RUF, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru Rade SCEKIC və Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyasının vitse-prezidenti Qeorqiy APRİDONİDZE, Azərbaycan Respublikasının Vergilər Nazirinin müşaviri Akif MUSAYEV, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa LEŞÇENKO, Azərbaycan Prezidenti yanında Sahibkarlar Şurasının sədr müavini, “Xəzər” SC-nin sədri Qüdrət KƏRİMOV tədbirin əhəmiyyətindən danışdılar və müzakirə olunan məsələyə dair öz fikirlərini bildirdilər.

Sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycanda audit qanunvericiliyinin təkmilləşdirilməsi” mövzusunda məruzə söylədi. 

Tədbirdə xarici qonaqlarla yanaşı - Rusiya Auditorlar Kollegiyasının üzvü İrina Tyutina, Monteneqro Maliyyə Nazirinin müavini Novo Radovic, Monteneqro Əmək Nazirinin müavini Yovo Payovic və Monteneqro İqtisad Məhkəməsinin prezidenti Draqan Rakosevic, yerli qurumların nümayəndələri, Auditorlar Palatasının üzvləri: “Ernst &Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri, Palata Şurasının üzvü İlqar Vəliyev, “ATA SIĞORTA” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə, Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev, Daxili Auditorların “Audit-Azərbaycan” İnstitutunun icraçı direktoru Muxtar Səttarov, Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Namiq Abbaslı, “BDO Azərbaycan” MMC-nin İdarəedici partnyoru Yunis Salayev, GRBS Tədris Mərkəzinin baş meneceri Elşən Rəhimov, “Deloitte & Touche” MMAC-nin direktoru Nuran Kərimov, Auditorlar Palatasının İxtisasartırma Komitəsinin sədri, sərbəst auditor Eldəniz İsgəndərov, Auditorlar Palatasının digər əməkdaşları, üzvləri, dördlüyün nümayəndələri çıxış etmiş və müzakirələrdə iştirak etmişlər.

Tədbir iştirakçıları «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikasının yeni Qanun layihəsinin ölkəmizdə auditor xidmətinin beynəlxalq meyarlara uyğun təşkili və tənzimlənməsində, maliyyə şəffaflığının təmin olunmasında və korrupsiyaya qarşı mübarizə sahəsində mühüm rol oynaya biləcəyini qeyd etmişlər.

Sonda Azərbaycan Respublikasının Auditorlar Palatası və Monteneqro Mühasiblər və Auditorlar İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Simpoziumun ikinci günü - 2014-cü il 15 may tarixində iştirakçılar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Mərkəzin tarixi, məqsədləri barədə, məlumat verilib. Bildirilib ki, Mərkəzin əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan ibarətdir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə dair materiallarla, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstəriblər. Bildirilib ki, ulu öndərin əsasını qoyduğu uğurlu inkişaf strategiyası Azərbaycanın qüdrətinin artmasına, onun regionda lider dövlətə çevrilməsinə səbəb olub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömrü, zəngin irsi, eləcə də Mərkəzin fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə minnətdarlıqlarını bildirən qonaqlar Mərkəzlə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.        

Həmin gün Rusiya Auditorlar Kollegiyası, Monteneqro Mühasiblər və Auditorlar İnstitutu və Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyası arasında auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparılmışdır.

 










Foto: R.Ələkbərov

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur