MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Monteneqrolu qonaqlar Azərbaycan Respublikası Auditorlar Palatasında.

2014-05-13

Monteneqrolu qonaqlar Azərbaycan Respublikası Auditorlar Palatasında.


MONTENEQROLU QONAQLAR

AZƏRBAYCAN RESPUBLİKASI

AUDİTORLAR PALATASINDA

 

Mayın 13-də Bakı şəhərində keçirilən “Müasir şəraitdə audit qanunvericiliyi” mövzusunda elmi-praktik simpoziumunda iştirak etmək üçün ölkəmizə gəlmiş Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun nümayəndə heyəti Auditorlar Palatasında olmuşlar.

Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru cənab Rode Scekicin rəhbərlik etdiyi nümayəndə heyətindən ibarət qonaqları - Maliyyə Nazirinin müavini Novo Radoviçi, Əmək Nazirinin müavini Yovo Payoviçi, İqtisad Məhkəməsinin prezidenti Draqan Rakoseviçi Auditorlar Palatasının sədri, iqtisad elmlər doktoru, professor Vahid Novruzov salamlayaraq, son illərdə ölkəmizin inkişafının əsas istiqamətləri, ölkədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın  artırılması sahəsində əldə edilən uğurlar, ölkənin iqtisadi həyatında müstəqil auditin rolu və əhəmiyyəti, Auditorlar Palatasının fəaliyyəti barədə qonaqlara geniş məlumat  vermişdir.

Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru Rode Scekic göstərilən qonaqpərvərliyə  görə təşəkkür etmiş, öz ölkəsində mühasib və audit peşələrinin inkişafına dair Azərbaycanlı həmkarlarına geniş məlumat vermişdir.

Sonra müasir şəraitdə auditin mövcud problemləri barədə fikir mübadiləsi aparıldı və Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru cənab Rode Scekici Auditorlar Palatasının “Fəxri qonaqlar” kitabına öz ürək sözlərini qeyd etmişdir.





 Foto: R.Ələkbərov

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur